Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
27-03-2023, 12:20
Oxunub: 2 880
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində quldurluq edilməsi ilə bağlı məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Abdul Əlislamov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs tanışı E.Kərimovu ötən ilin oktyabr ayında əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb edib, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıb.
Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub.
Həmçinin məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Abdul Əlislamovun barəsində həbs qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər