Qusarda dövlətin vəsaiti talanır
7-10-2013, 13:00
Oxunub: 5 800
Redaksiyaya daxil olan məlumatda göstərilir ki, Qusar SSİ korrupsiyaya qurşanıb. Belə ki, idarə rəisi dövlətin vəsaitini talamaqla öz şəxsi büdcəsini birə-beş artırmağa nail omuşdur. İdarənin (adı şərtdir) əməkdaşlarından birinin dediyinə görə dövlətin ayırdığı milyonlarla vəsaiti idarə rəisi Məzahir Əzizov istədiyi formada həll edir. Onun dediyinə görə nəzərdə tutulan işlər üçün hesablanan vəsait 20% Baş İdarəyə ötürülməklə, qalan hissəsi Məzahir müəllimin sərəncamında qalır. Məlumatı verən mənbənin dediyinə inansaq Baş Mühəndis Fərzəli Mikayilovla əlbir olan idarə rəisi tabeçiliyində olan aşağı vəzifəli şəxsləri də unutmur. " Xeyriyəçi" əməlləri ilə idarənin rəğbətini qazanan Məzahir Əzizov dövlətin vəsaitini bu yolla müflic etməyə çalışır. Məsələnin ciddiliyini nəzərə alıb əməkdaşımızı Qusar rayonuna ezam etdik. Əməkdaşımızın verdiyi son məlumata görə Qusar SSİ Məzahir müəllimin şəxsi obiyekti kimi tanınır. Başqa bir məlumatda bildirilir ki, idarə rəisi Məzahir Əzizov özünün "krişa" hesab etdiyi məmura arxayınlaşaraq, dövlətin qanunlarını ikinçi plana atmışdır. Bir daha nəzərinizə çatdıraq ki, Məzahir Əzizovun qardaşı Sumqayıt ŞİHB-dır. Elə bu səbəbdən Eldar Əzizova arxayınlaşan idarə rəisi heç Əhməd Əhmədzadəni belə saya saymır. Yazı hazırlanarkən idarədən bildirildi ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, Dövlət Başçısı İlham Əliyevin yaxın dostlarından hesab edilir. Araşdırmalar davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər