Göyçayda qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlanıb
19-04-2023, 12:30
Oxunub: 3 408
Baş İctimai Təhlükəsizlik İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, yoxlamalar zamanı Elnur Beydullayevə məxsus Kürdəmiş kəndində yerləşən taxta emalı sexinə baxış keçirilərkən oradan 4 ədəd dəzgah, 1177 ədəd taxta yeşik, qoz və qovaq ağaclarının gövdələri aşkarlanıb.
Davam etdirilən tədbirlərlə rayonun Cəyirli kəndində də qanunsuz olaraq fəaliyyət göstərən daha 2 taxta emal edən sex müəyyən edilib. Belə ki, Əli Mahmudovun işlətdiyi sexdən 2 ədəd dəzgah, 1200 ədəd taxta yeşik, qovaq ağacının hissələri, Alim Əhmədova məxsus sexdən isə iki elektrik mişarı, qovaq, fıstıq və qoz ağaclarından hazırlanmış taxta yeşiklər aşkarlanıb.
Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər