Balakəndə narkotik vasitələrin zərərləri ilə bağlı tədbir keçirilib
19-04-2023, 16:50
Oxunub: 3 736
Bolgə.TV xəbər verir ki, Balakəndə narkotik vasitələrin zərərləri ilə bağlı tədbir keçirilib
Balakən rayonunun Poçtbinə kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Narkotik vasitələrin fəsadları barədə yeniyetmə və gəncləri məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə polis əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov çıxışında narkotikdən istifadənin insan sağlamlığına vurduğu zərbələrdən, bütövlükdə bəşəriyyəti narahat edən “ağ ölüm” ilə mübarizənin vacibliyindən danışıb. Sağlam gəncliyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkil olunmasının zəruriliyini diqqətə çatdırıb.
Sonda məktəblilərin mövzu ilə bağlı fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər