Gənc qızlar əllə toxuculuq bacarıqlarına yiyələniblər
27-04-2023, 11:48
Oxunub: 3 728
Bolgə.TV xəbər verir ki, “Kənd yaşıl turizminin inkişafına dəstək” ictimai birliyi “Gənc qızlar arasında əl sənətkarlığının inkişafına yönəldilmiş təşəbbüslər” layihəsi ilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olmuşdur.
Layihə icrası çərçivəsində Qax və Zaqatala rayonlarında bu ilin mart və aprel aylarında layihədə iştirak edən gənc xanımlara əllə toxuculuq bacarıqları öyrədilmişdir.
Qaxda və Zaqatalada təlimlərə əl sənətkarlığına həvəsi olan ali və orta təhsil ocaqlarının, peşə liseylərinin tələbələri, habelə evdar xanımlar, ümumən 40-dək iştirakçı cəlb olunmuşlar. Təlimləri bu işdə böyük təcrübəyə malik yerli mütəxəssislər keçirmişlər. Təlimlər zamanı gənc qızlara əllə toxuma, qotazların hazırlanması, parça üzərində naxışların vurulması işləri öyrədilmişdir.
Təlimlərin uğurla yerinə yetirilməsi üçün iştirakçılara bu məqsədlə saplar, millər, qarmaqlar, iynələr, parça, qayçılar və digər ləvazimat paylanmışdır. Sonda təlimdə iştirak etmiş gənc xanımlar öz bacarıqlarının nəticələrini sərgiləmişlər.
Layihənin həyata keçirilməsində Qax və Zaqatala Gənclərin İnkişaf və karyera mərkəzlərinin dəstəyi olmuşdur.
«Kənd yaşıl turizminin inkişafına dəstək» İB sədri
Qəhrəman Yusupov






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər