BolgeXeber.Com » Bölgə » Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb
Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb
28-04-2023, 08:59
Oxunub: 3 296
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakinləri Murad Musayev və Şəmsi Məmmədli saxlanılıblar.
Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə marixuana aşkar edilərək götürülüb. Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların şəhər ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirdikləri müəyyən edilib. Qeyd edilən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər