BolgeXeber.Com » Bölgə » Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar anım tədbiri təşkil olunub
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar anım tədbiri təşkil olunub
9-05-2023, 12:28
Oxunub: 2 952
Bolgə.TV xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsində müstəqil Azərbaycan Dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar anım tədbiri təşkil olunub.
Tədbirin əvvəlində Ümummilli Liderin və torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov Ümummilli Lider Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda titanik fəaliyyətindən danışıb. O, qeyd edib ki, məhz Ümummilli Liderimizin sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruldu, milli-mənəvi inkişaf istiqamətində əvəzolunmaz işlər görüldü. Bugün Azərbaycan Dövləti qarşısında duran bütün problemləri öz gücü ilə həll etmək iqtidarındadır.
Daha sonra çıxış edənlər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunda bəhs ediblər. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər