Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq olub
11-05-2023, 10:36
Oxunub: 3 256
Bolgə.TV xəbər verir ki, Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tərtər şəhərində konsert proqramı təşkil edilib.
Ulu Öndərin adını daşıyan Mərkəzi Meydanda keçirilən konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin çıxışlarını dinləyiblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşlarının, YAP rayon təşkilatının, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsil bayram abu-havası yaşanıb.
Konsertin sonunda tərtərlilər gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər