Nazirə «50/50» prinsipindən şikayət olundu
12-10-2013, 14:50
Oxunub: 3 786
Bu gün iqtisadi inkişaf naziri Şahin Mustafayev Göyçayda bir neçə rayondan olan sakinləri qəbul edib.
Nazirə ilk müraciət edən tikiş fabrikinə məxsus binada yaşayan bir qrup Göyçay sakini olub. Onlar bildiriblər ki, müəssisə özəlləşdirildikdən sonra bina yarımçıq qalıb. Hazırda heç bir yerdə qeydiyyatda olmayan 40 ailə dam örtüyü olmayan bu binada yaşayır. Sakinlər müraciətlərinə indiyə qədər müsbət cavab almadıqlarını da nazirin diqqətinə çatdırıblar.
Göyçay sakini, 78 yaşlı Arif Cəbrayılov Qarabağ uğrunda döyüşlərdə həlak olmuş oğluna görə indiyə qədər sosial müavinət ala bilmədiyindən şikayətlənib. O, nazirə deyib ki, hər dəfə aidiyyəti qurumlara müraciət edəndə, ona bu işi «50/50» prinsipi ilə çözməyi təklif ediblər. Şikayətçi deyib ki, məmurlar müavinətin 50 faizini özlərinə istəyirlər.
Bəzi şikayətçilərin problemləri elə yerindəcə araşdırılaraq həll edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər