ŞOK! Əsgər özünü niyə güllələdi?
18-06-2011, 19:10
Oxunub: 7 269
Fikrət Hümbətovun əsgər yoldaşları valideynlərinə şok məlumatlar veriblər
Xəbər verildiyi kimi, bu gün Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Qazax rayonu ərazisində yerləşən hərbi hissəsində intihara cəhd faktı qeydə alınıb. Belə ki, sözügedən hərbi hissənin əsgəri Hümbətov Fikrət Rasim oğlu avtomat silahdan çənəsinin altını nişan alaraq atəş açıb. İntihara cəhd edən əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
Lakin həmişə olduğu kimi, hərbi hissə rəhbərliyi və Hərbi Prokurorluğun istintaq qrupunun üzvləri əgsərin özünü niyə vurmasının səbəblərini gizli saxlamaqda maraqlı görünürlər. Hansı ki, ortada əsgəri intihar həddinə çatdıran faktlar var.
Özünü güllə ilə vuran Fikrət Hümbətovun əsgər yoldaşları isə valideynlərinə şok məlumatlar veriblər. Adını çəkilməsini istəməyən əsgər valideyni redaksiyamıza telefon açaraq intiharın ilkin versiyaları barədə maraqlı məlumata malik olduğunu bildirdi. Hadisə baş verəndən sonra digər əsgərlərin valideynləri övladları üçün narahat olmağa başlayıb və hərbi hissə ilə əlaqə saxlamağa çalışıblar. Əsgərlər valideynlərinə hərbi hissədəki vəziyyətin o qədər də yaxşı olmadığını söyləyiblər.
Bolgxeber.com-a daxil olan məlumata görə, əsgərin özünü vurmasının ciddi səbəbləri olub. Belə ki, əsgər Fikrət Hümbətov bir neçə gün ardıcıl olaraq komandir və gizir tərəfindən döyülüb. Bütün bunlarla yanaşı fasiləsiz, istirahətsiz müxtəlif növ «naryad»lara çıxarılıb. Əsgər valideyni bildirir ki, intihar edən Fikrət Hümbətov dəfələrlə döyülüb söyülməsi barədə hərbi hissə komandirinə məruzə etmək istəsə də buna nail ola bilməyib. Dəfələrlə əsgər yoldaşlarına özünü vuracağını deyirmiş.
Qeyd edək ki, Müdafiə Nazirliyi faktı təsdiqləyib. Dəqiq və rəsmi təfərrüatlar isə açıqlanmır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər