Ucarda fərdi yaşayış evlərindən oğurluq edən dəstə zərərsizləşdirilib
13-05-2023, 09:01
Oxunub: 2 936
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri Ayaz Əhmədov, Ramil Alıyev və Elşad Hüseynov saxlanılıblar.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov, R.Alıyev və E.Hüseynov müxtəlif vaxtlarda rayon ərazisində yerləşən üç fərdi yaşayış evinə qanunsuz daxil olaraq evlərdən televizor, samovar, musiqi mərkəzi, xalçalar, eləcə də müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayıblar. Zərərçəkmişlərə ümumilikdə 10000 manata yaxın maddi ziyan dəstə üzvləri, ələ keçirdikləri qənimətlərin bir qismini ucuz qiymətə sataraq, əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər