BolgeXeber.Com » Bölgə » "Heydər Əliyev Kuboku" intellektual turnirinin final mərhələsi keçirilib

"Heydər Əliyev Kuboku" intellektual turnirinin final mərhələsi keçirilib

23-05-2023, 10:10
Oxunub: 2 304

Bolgə.TV xəbər verir ki, Hacıqabul rayonunda "Heydər Əliyev İli"nə həsr olunmuş rayonun gəncləri arasında keçirilən "Heydər Əliyev Kuboku" intellektual turnirinin final mərhələsi keçirilib


19.05.2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclərin İnkişaf və Karyera Mərkəzi, rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Hacıqabul rayon "Qədir-Xum ailəvi istirahət mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş rayonun gəncləri arasında keçirilən "Heydər Əliyev Kuboku" intellektual turnirinin final mərhələsi keçirilib. 


Tədbirdə İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri, 9 saylı tam orta məktəbin direktoru, Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, əməkdaşı və könüllüləri, Gənclər və İdman İdarəsinin rəisi, təhsil işçiləri, rayon gəncləri iştirak ediblər. 


İcra Hakimiyyətinin müavini Xuraman Məmmədova çıxış edib tədbirin təşkilatçılarına təşəkkür edib, yarışda iştirak edən gənclərə uğurlar arzulayıb. Sonra turnirin təşkilatçıları Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Gənclər və İdman idarəsinin rəisi Xalid Rəcəbli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Həbib İbrahimov çıxış edərək oyunun gedişatına uğurlar arzulayıblar. Çıxışlardan sonra oyunun Final mərhələsinə start verilib.

Sonda 6 komanda: Hacıqabul Rayon Vidadi Quliyev adına 6 saylı tam orta məktəb, Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb – lisey, Hacıqabul rayon Abdulabad kənd N. Rüstəmov adına tam orta məktəb, Hacıqabul rayon V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəb, Hacıqabul rayon Talış kənd tam orta məktəbi, Pirsaat qəsəbə tam orta məktəbi finalda mübarizə aparıb və 3 komanda müvafiq olaraq 1, 2, və 3-cü yerləri bölüşüb.


I yerin qalibi 6 saylı tam orta məktəb, II yerin qalibi Abdulabad kənd N. Rüstəmov adına tam orta məktəb, III yerin qalibi 8 saylı humanitar fənnlər təmaüllü məktəb- liseyin gənc müəllimləri olub.

Qalib gələn komandalara diplom, medal, kubok və hədiyyələr təqdim edilib.


Qeyd edək ki, 05.04.2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində püşkatma mərhələsindən sonra qrup oyunları start götürüb. Gənc müəllimlərin iştirakı ilə keçirilən turnirdə 24 komanda mübarizə aparıb. Hər qrupdan 2 komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qrup və yarımfinal oyunları- xəmsə formatında, final mərhələsi isə Nə? Harda? Nə zaman? formatında keçirilib. Bu turnirdə 120 gənc iştirak edib.10 yarış: 6 qrup oyunu, 3 yarım final və bir final yarışı keçirilib.