Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik edən qadın saxlanılıb
29-05-2023, 09:07
Oxunub: 3 144
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Lamiyə Məmmədova saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə - heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq L.Məmmədovanın yaşadığı ünvana keçirilən baxış zamanı oradan 5 ədəd sellofan torbada qablaşdırılmış və ümumi çəkisi 5 kiloqram 120 qram olan heroin, eləcə də bir ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan qadın sosial şəbəkədə tanış olduğu İran Respublikasının vətəndaşına narkokuryerlik etdiyini etiraf edərək, aşkarlanan narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, L.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər