BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində olub

Rayon rəhbəri yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində olub

1-06-2023, 09:18
Oxunub: 1 528

Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində olub

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi  Qayıbov İnqilab Ələsgər oğlunun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.

Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində İnqilab kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.

Qeyd edək ki, qazi Qayıbov İnqilab Ələsgər oğlu  Kəlbəcər  istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən Müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qazi İnqilab Qayıbov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.