BolgeXeber.Com » Bölgə » Ağcabədidə komitə sədri bir yeri iki dəfə satır

Ağcabədidə komitə sədri bir yeri iki dəfə satır

19-10-2013, 12:10
Oxunub: 2 830 Bolgexeber.com-un redaksiyasına Ağcabədi şəhər sakini Hüseynova Gülbəniz Qurban qızı tərəfindən şikayət məktubu daxil olmuşdur. Bolgexeber.com həmin məktubu olduğu kimi oxuculara təqdim edir:
“Hörmətli Agentlik! Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin müdiri A.Süleymanovun rayonda açdığı torpaq bazarı biz zavallılara çox baha başa gəlir.Belə ki, yuxarı orqanlardan heç bir qorxusu olmayan Abbasağa Ağcabədi şəhəri ərazisində olan torpaqları satıb qurtardığı üçün eyni yeri ikinci dəfə satmaq qərarına gəlib.Abbas ağanın bu qanunsuz qərarı bizim ailənidə çox çətin bir vəziyyətdə qoyub.2006-cı ildə Ağcabədi rayon islahat komisiyasının qərarı ilə bizə verilmiş torpaq sahəsinin bütün hüquqi sənədləri olsada bu gün Abbasağa bəhanə edir ki, “həmin vaxt mənə cəmi 1000 manat vermisiniz amma bu gün torpaqın sotunu 2000-2500 manata satıram.Ya yenidən 4000 manat pul verin, ya da sizin qərarınızın saxta olmasını hansı yolla olursa olsun sübut edəcəyəm”.Belə bir vəziyyətdə kimə və hara müraciət edəcəyimizi bilmirik.Bu haqda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etmişik.Təssüf ki, Abbasağaya dur deyən yoxdur.Xahiş edirik bizə köməklik edin”
Ağcabədi şəhər sakini Hüseynova Gülbəniz Qurban qızı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bolgexeber.com