Neftçalada azan qadağan olundu
20-06-2011, 23:15
Oxunub: 7 443
Rayonun yeni icra başçısı müəzzinin hərəkətlərindən qəzəblənərək bu addımı atıb
Neftçala rayonunda azan qadağan olunub. Bu barədə islam-azeri saytı yerli sakinlərə istinadən məlumat yayıb. Saytın məlumatına görə, rayonun Xıllı qəsəbəsində və Neftçala rayon mərkəzində yerləşən məscidlərdə artıq bir neçə gündür ki, azan verilmir.
Maraqlıdır ki, Neftçalada azan qadağasının özünəməxsus “səbəbi” də tapılıb. Belə ki, rayon mərkəzində yerləşən məsciddə azan deyən müəzzinin bir neçə dəfə azandan sonra səsgücləndirici vasitəsi ilə öz problemlərini səsləndirməsi rayon rəhbərliyində narazılıq yaradıb. Bundan sonra isə məşhur lətifədə olduğu kimi problem kökündən “həll olunub”. Yəni rayon rəhbərliyi azan səsləndirən müəzzinin problemini həll etmək və ya onu kənarlaşdırmaq əvəzinə bütövlükdə azan verilməsini qadağan edib. Özü də təkcə bir məsciddə deyil, bir neçə məsciddə azan qadağan olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər