BolgeXeber.Com » Bölgə » Ağdam sakinləri Nizami Sadıqovun zülmündə qalıblar

Ağdam sakinləri Nizami Sadıqovun zülmündə qalıblar

21-10-2013, 00:55
Oxunub: 3 315 Ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan Ağdam rayonu yenidən işğala məruz qalıb. Uzun illər sabiq icra başçısı Həsən Sarıyevin qanunsuz əməllərindən cana doyan ağdamlılar indi isə Nizami Sadıqovun özbaşınalıqlarından fəryad edirlər. Bu barədə rayondan daxil olan məlumatlarda bildirilir ki, Ağdam rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunan sabiq polis rəisi Nizami Sadıqov icra başçısı kürsüsündə özünü polis rəis kimi aparır. Mənbə qeyd edir ki, Nizami Sadıqovun yanına gələn narazı insanlar təhqirlərə və hədə qorxulara məruz qalırlar. Odur ki, indi ağdamlılar Həsən Sarıyevin ölənlərinə rəhmət oxutdururlar. Şikayətçilərin üstünə qışqıraraq, otağından qovan Nizami Sadıqov hətta rəis sayağı söyüşlərindən də qalmır. Hətta vəziyyət o həddə çatıb ki, rayonun büdcə təşkilatlarının rəhbər şəxslərinin yığıncağında icra başçısı bəzi rayonların rəhbərləri kimi iclaslarını söyüşlərlə idarə edir. Bu söyüşləri isə büdcə təşkilatlarında çalışanlar həzm etmək zorunda qalıbıar. Əks halda isə Nizami Sadıqovun daha qəddar siması ilə üzləşməli olurlar.
Mənbənin sözlərinə görə, Nizami Sadıqov rayonun səhiyyə və təhsil işçilərini aylıq "taksa"ya otrudub. Rayonda rüşvət və korrupsiyadan əməlli başlı tüğyan edir. Baxmayaraq müvafiq qurumların bunlardan xəbəri olmasına nədənsə Nizami Sadıqova kimsə gözün üstə qaşın var deməyə cəsarət etmir. İcra başçısı isə müxtəlif tədbirlər adı altında müəllimlərdən və həkimlərdən 20-30 manat məbləğində davamlı şəkildə pullar yığmaqda davam edir.
Mənbə daha sonra bildirir ki, Ağdamın ermənilərlə sərhəd bölgəsində də vəziyyət dözülməzdir. Demək olar ki, hər gün güllə səslərinə oyanan kənd sakinlərinin gündəlik qayğıları da onları rahat buraxmır. Yeganə dolanışıq mənbələri kiçik sahibkarlıq və soğançılıq olan ağdamlılar neft ölkəsinin vətəndaşı olmalarını çoxdan belə unudublar. Rayonda ünvanlı sosial yardımların verilməsində də korrupsiya halları mövcuddur. Bu məsələ ilə bağlı ayrı-ayrı rayon sakinləri müvafiq dövlət orqanlarına kütləvi şikayətlər göndərsə də, heç bir nəticə yoxdur.
Mənbənin sözlərinə görə, Ağdam kəndlilərini narahat edən başqa məsələ isə su problemidir. Belə ki, kəndlərin böyük əksəriyyəti su sarıdan əziyyət çəkir. Rayonun Çəmənli, Üçoğlan, Əffətli kəndlərində inşa edilən artezianlar da artıq sıradan çıxıb. Amma heç bir dövlət qurumu bu artezanların təmiri ilə məşğul olmur. Əlacsız qalan insanlar öz aralarında pul toplayaraq, artezianları təmir etdirirlər.
Mənbə son olaraq iddia edir ki, Nizami Sadıqov rayonu başdan-başa özəlləşdirib. Mənbə başçının obyektlərinin, qohumlarının işlətdiyi dükanlarının siyahısını "xeberci.org"a təqdim edib. Həmin siyahını oxucuların diqqətinə olduğu kimi çatdırırıq.
1.Rayonun Soltanbud meşə zolağı ərazisində iki ədəd bacısı oğlanlarına məxsus restoran fəaliyyət göstərir. Həmin restoranlarda musiqi ilə yanaşı qumar da oynalınır.
2.Rayonun Səfərbərlik və Çağırış üzrə Dövlət qurumu yaxınlığında yerləşən yeməxana icra başçısına məxsusdur.
3.İmamqulubəyli kənd sakinlərinin əlindən zorla alınmış 26 hektar ərazinin hər bir sotunu 600 manata kənd sakinlərinə yox, başqa-başqa rayon kapitalistlərinə satıb.
4.Rayonda tikilmiş Təcili Tibbi Yardım xəstəxanası kimlərinsə mülkiyyətində olan torpaqda tikilmiş və həmin əraziyə Dövlətin hesabına rüsum pulu alınır. Görəsən, Təcili Tibbi Yardım xəstəxanasının tikilməsinə Ağdam rayonunda torpaq tapılmır?
5.Təcili Tibbi Yardım xəstəxanasına bitişik restoran “gecə barı” fəaliyyət göstərir ki, o da Nizami Sadıqovun bacısı oğlanlarına məxsusdur.
6.Quzanlı qəsəbəsinin girişində, yəni qəbir daşları sexinin yanındakı “Yaşıl market” mağazası da onlara məxsusdur.
7.Quzanlı ərazisində yerləşən Topdansatış Tikinti mağazasının arxa hissəsində məcburi köçkünlər üçün tədbir meydançasının bir hissəsini satıb. O yerdə Heydər Əliyev dəfələrlə məcburi köçkünlərlə görüş keçirib.
8.Rayonun “Kapital Bank”ın yanındakı iki ədəd obyekt də onlara aiddir.
9.Topdansatış Tikinti mağazası ilə üzbəüz yeni tikilən iki obyekti bacısı oğlu inşa etdirir.
10.Quzanlı-Xındırıstan yolunun üstündə fəaliyyət göstərən maşın yuma sexi də icra başçına məxsusudur.
11.Eyvazlı kənd ərazisində əkib-becərilən bəzək ağaclarının becərilməsi və satışı hansı büdcəyə mədaxil olunur və ya orada işləyənlər haradan maliyyələşirlər?
12.Xındırıstan-Quzanlı ərazisinin torpaqlarının qeyri-qanuni mənimsəyərək orada özü üçün qoyun ferması açıb.
13.Quzanlı ərazisindəki kəhriz quyularının suyunu qarşısını kəsərək orada balıq saxlatdırır.
14.Rayonda Avtovağzal üçün ayrılmış 1 hektar ərazi Dövlət hesabına hasara alınmış və təmir edilmiş ərazini öz yaxınlarına verib.
15.Ağdamın pambıq məntəqəsinə bitişik maşın təmiri sexi və ona bitişik mağazanı Nizami Sadıqov tikdirib və sonra satıb.
16.Quzanlı ərazisində Dövlət Perespektiv inkişaf fondu altında olan torpaqlar hasarlanmış, həyətyanı sahələr satılmış və kimlərəs məxsus olması hələ də heç kimə məlum deyil.
17.İcra hakimiyyəti başçısının yaxın qohumu Sədrəddin Ələsgərova 10 hektar qeyri-qanuni torpaq sahəsi vermiş və həmin ərazidə artezian quyusu vurulub.
18.Rayonun mərkəzi xəstəxanasının bitişik bir ərazidə dövlət hesabına tikilib və sonradan təmir olunaraq özəlləşdirilərək, rayonun mədəniyyət şöbəsinin kitabxanasına icarəyə verilib.
19.Əlillərə ayrılmış torpaq sahəsində özünə aid olan çörəkbişirmə zavodu tikib.
Məsələylə bağlı Nizami Sadıqovla əlaqə saxlamaq cəhdlərimiz səmərə vermədi. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.