BolgeXeber.Com » Bölgə » Biləsuvar rüşvət «şirinliyə» çevrilib

Biləsuvar rüşvət «şirinliyə» çevrilib

21-06-2011, 11:00
Oxunub: 7 495 Rayon təhsil şöbəsinin rəhbəri Balaqardaş Kazımovun şagirdlərə şəhadətnamə satdığı deyilir

Azərbaycanda təhsilin hansı bərbad səviyyədə olduğunu hər kəs bilir. Antikorrupsiya tədbirlərindən sonra durumun bir qədər düzələcəyinə ümid bəsləyənlərin isə arzuları gözlərində qalıb. Çünki dünənə qədər rüşvət istəyən müəllimlər, indi bunu «şirinlik»ə çeviriblər.

Əyalətlərdə isə durum daha vahiməlidir. Çünki orta məktəblərdə nə dərs keçilir, nə də təhsilin səviyyəsi o həddə deyil ki, uşaqlar müəllimlərinin verdiyi dərs sayəsində savad sahibi olsunlar. Yenə də reprititorların ümidinə qalan şagirdlər atalarının boğazından kəsərək topladığı pulları onlara verməklə savad sahibi olmağa çalışırlar.

Dünən Bolgexeber.com-a Biləsuvardan bu kimi məsələlərlə bağlı məlumat daxil olub. Aldığımız məlumata görə, rayonun təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov orta məktəblərdə dərslərin və təhsilin səviyyəsini buraxaraq, keçmiş icra başçısı Adil Məmmədova verdiyi 25 min dolları çıxarmaqla məşğuldur. Rayon sakinlərinin etdiyi şikayətdən belə məlum olub ki, Biləsuvarın keçmiş icra başçısı Adil Məmmədovla yaxşı münasibəti olan və bu səbəbdən də rayon Təhsil Şöbəsinə müdir təyin olunan B.Kazımov hər yerdə 25 min rüşvət verib, bu posta əyləşdiyini iddia edir.

Onun 25 min verərək müdir olmasına deyil, bədən tərbiyyəsi müallimi olan B.Kazımovun təhsilin başına keçirilməsi isə rayon sakinlərini lap təəccübləndirib. Onlar deyirlər ki, bu boyda rayonda həqiqətən də təhsildən anlayışı olan bir müəllim tapa bilmədilər ki, bədən tərbiyyəsi müəllimini Təhsil Şöbəsinə müdir qoydular? Hər şeyin pulun başında olduğunu yaxşı bilən biləsuvarlılar onu da deyirlər ki, bu qədər də olmaz.

Amma onları daha da təəccübləndirən rayondakı bir ilk olub. Belə ki, Balaqardaş Kazımovun yeni taktikası camaatı hövsələdən çıxarıb. Saytımıza verilən məlumata görə, Biləsuvar təhsil şöbəsinin müdiri bütün orta məktəb direktorlarına göstəriş verib ki, 9-cu sinifi bitirən şagirdlərə verilən şəhadətnamələrin hər birinə görə, 10 manat istəyir. B.Kazımov bunun da adını «şirinilik» qoyub. Və tapşırıq da belə olub ki, bir nəfər belə pul vermədən şəhadətnamə üzü görməyəcək.