Taksi sürücüsünün ölümündə kimlər günahlandırılır?
21-10-2013, 13:40
Oxunub: 4 230
Şahin Hüseynov: Atamın ölümünə səbəb olanları polis müdafiə edir
Şirvan şəhər sakini Şahin Hüseynov Bolgexeber.Com-a müraciət edərək bildirmişdir ki, atam uzun illərdir taksi fəaliyyəti ilə məşğuldur. Hər zaman halal çörəyini qazanmış və heç bir kəslə sözü-söhbəti olmamışdır. Bir neçə gün bundan öncə atam evdə bizə bildirdi ki, bir nəfər dostum mənə 7000 min dollar pul borcludur və həmin bu pulun üstündə telefonda möhkəm mübahisəm olub. Atam dostunun ona olan borcunun vaxtında qaytarmamasından şikayətləndiyini hər zaman dilə gətirirdi. Nə bilərdi ki, bu əsəb onu son məzara aparacaq. Nəhayət axırıncı dəfə dostuna zəng edərək ondan pulu qaytarmasını tələb etdi və möhkəm əsəbləşdi. Telefonla danışdığı şəxs atamı nəlayiq söyüşlərlə təhqir edərək, nüfuzunu alçaltmışdı. Atam həmin gün Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək, borcludan şikayətçi olmuş və səhətinin pisləşməsi ilə xəstəxanaya yerləşdirilməsini qeyd etmişdir. Atamın 102 xidmətinə müraciətindən sonra 18-ci polis bölməsində araşdırmaya başlanılmışdır. Nəzərinizə çatdırım ki, atam 3 gün bundan öncə vəfat etmişdir. Xüsusilə qeyd edim ki, atamın ölümündə təqsirli bilinən şəxs hələ də azadlıqda gəzir və 18-ci polis bölməsinin əməkdaşları onu həbs eləmək fikrində deyil. Mən dəfələrlə 18-ci polis bölməsinə zəng etmişəm və istintaqın gedişatı barədə məlumat almaq həmçinin cinayətkarın həbs olunduğunu xəbər almışam. Artıq atamın bu gün 3 mərasimidir. Hələ də qarşı tərəfdən bir nəfər belə yas mərasimində iştirak etməyib. Bir sözlə desək dərdimizə şərik olmayıb. Sizdən xahiş edirik ki, atamın ölümünə səbəb olan şəxslərin qınaq obyektinə çevrilməsində və həbs olunmasında kömək edəsiniz.
Bolgexeber.Com olaraq bizdə öz növbəmizdə 18-ci polis bölməsinin rəsmisi Xəqani müəllimlə əlaqə saxladıq istintaqın gedişatı barədə məlumat aldıq. Xəqani müəllim bizə bu işin təhqiqatda olduğunu bildirərək, araşdırma aparıldığını qeyd etdi.
Bizi izləyin. Ətraflı məlumat verəcəyik...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər