BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri Vətən Müharibəsi qazisi Nahid Qasımovun ailəsi ilə görüşüb
Rayon rəhbəri Vətən Müharibəsi qazisi Nahid Qasımovun ailəsi ilə görüşüb
6-07-2023, 14:58
Oxunub: 4 352
Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri Vətən Müharibəsi qazisi Nahid Qasımovun ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Əskipara kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Qasımov Nahid Namiq oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Nahid kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. N saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu olmuş Nahidin Talış və Suqovuşan kəndləri istiqamətində keçdiyi döyüş yolundan danışıb. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd olunub ki, Nahid Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Onun xoşbəxt ailəsi, 3 qız övladı var.
Nahid Qasımov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər