BolgeXeber.Com » Bölgə » Bərdədə qanunsuz tikililərə qarşı mübarizə ilə əlaqədar aidiyyəti üzrə görüş keçirilmişdir
Bərdədə qanunsuz tikililərə qarşı mübarizə ilə əlaqədar aidiyyəti üzrə görüş keçirilmişdir
7-07-2023, 16:57
Oxunub: 4 128
Bolgə.TV xəbər verir ki, 6 iyul 2023-cü il tarixdə Bərdə rayon İcra Hakimiyyətində qanunsuz tikililərə qarşı mübarizə ilə əlaqədar aidiyyəti üzrə görüş keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli Fərmanı ilə əlaqədar olaraq Bərdə rayonu üzrə Dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə rayon icra hakimiyyətinin işçilərindən məsul şəxslərin təyin edilməsi barədə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul işçiləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma İdarəsinin baş məsləhətçisi Zöhrab İsmayılov, rayon Polis şöbəsinin rəisi Ənvər Həsənov, sahə müvəkkilləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər. Fərmana əsasən Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi və bu yönümdə qətiyyətli addımların atılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər