Oğuz rayon Peşə məktəbindəki qanunsuzluqlar
26-10-2013, 12:05
Oxunub: 4 534
Drektor Azər Nəcməddinov haqda bilmədiklərimiz
Məlumat üçün bildirək ki, Oğuz rayonu Peşə məktəbi Nazirlər Kabinetinin qərarı ilə 1975-ci ildən fəaliyyətə başlamışdır. Əsas məqsəd Oğuz rayonunun kənd təsərrüfatında fəaliyyət göstərən müəssisələri lazımi kadrlarla təmin etməkdir. Oğuz rayon Peşə məktəbi fəaliyyətə başladığı gündən 2011-ci il tədris ilinə kimi traktorçu- maşinist, qaz qaynağı, ferma mexanizatoru, tütün ustası, xalça toxuyan, heyvanlara baytar xidməti üzrə operator, kompüter üzrə operator, əməliyyatçı mühasib və sair ixtisaslar üzrə 8752 nəfər ixtisaslı kadrlar hazırlamaq üçün nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirək ki, hal-hazırda Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş qrafikə uyğun aşağıdakı ixtisaslar üzrə məktəbə şagird qəbul olunur.
1. Traktorçu- maşinist- 20
2. Kompüter üzrə operator- 20
3. İnşaatda tamamlama işləri üzrə işçi qrupu - 20
4. Barmen bufetçi- ofisant 20
5. Heyvanlara baytar xidməti 20
6. Elektrik sayğaclarının istismarı üzrə elektrik
montyoru və enerji nəzarətçisi qrupu 20
7. Elektrik avadanlıqlarının təmiri üzrə elektrik
montyoru 20
8. Geniş profilli traktorçu-maşinist
təmirçi-çilingər qrupu 20
Bu təhsil müəsisəsinə Nəcməddinov Azər Nəcməddin oğlu rəhbərlik edir. Saytımıza məlumat verən mənbə bildirir ki, məktəbin drektoru Azər Nəcməddinov buranı özünü şəxsi mülkünə çevirib. Burada qəbul olunan qərarlar Azər müəllimin “nostreniyasından” asılıdır. Adının çəkilməsini istəməyən Oğuz rayon ziyalılarından biri aşağıdakıları məlumatarı dərc etməyimizi xahiş etmişdir.
Sizə bildirmək istəyirəm ki, Oğuz rayonunda demək olar ki, nəzarətdən kənarda qalmış, direktor və havadarları tərəfindən gənc nəslə peşə təhsili verən təhsil ocağı, hər cür iyrənc işlərin mərkəzinə cevrilmiş peşə məktəbi fəaliyyət göstərir. Bu məktəblə bağlı bəzi neqativ amillər təhsillə bağlı olan bir ziyalı kimi xeyli vaxtdır ki, məni dərindən düşündürür. Çox götür-qoy etdikdən sonra həmin peşə məktəbində mövcud olan bu halı ictimaiyyətə çatdırmaq üçün Sizə müraciət etmək qərarina gəldim. Sadəcə olaraq mən, vaxtilə ümummilli liderimiz tərəfindən təcrübə toplamaq üçün xarici ölkəyə göndərilən gənclər arasında olan bir şəxs kimi, bu sahədə təcrübəsi olan bir mütəxəssis kimi, bir alim kimi, bir ixtiraçi kimi, bir ziyalı kimi, Yeni Azərbaycan Partiyasının üzvü kimi, ulu öndərimizin irsi ilə qidalanan və Möhtərəm Prezidentimizin dövlətçilik siyasətini dəstəkləyən bir şəxs kimi bütün bu baş verənlərə biganə qala bilmədim. Çox vaxtınızı almadan adı çəkilən məktəbdə baş verən neqativ halların bəziləri haqqında söhbət açmaq istəyirəm:
1. Oğuz Peşə Məktəbinin şagirdlərinin təlim məşqi üçün nəzərdə tutulan, münbit 100 –lərlə hektar torpaq sahəsi var. Həmin torpaq sahəsində bir şagird belə təlim məşq üçün nə bir traktorun nə də bir kombaynın sükanı arxasında əyləşməyib. Bu torpaq sahəsi peşə məktəbinə dövlət tərəfindən o məqsədə ayrılıb ki, burada şagirdlər kənd təsərrüfatı texnikasını idarə etməyi, məhsul becərməyi və sair kimi aqrotexnoloji əməliyyat vərdişlərini özündə formalaşdıraraq bu peşəyə mükəmməl yiyələnsin. Lakin məktəb direktoru heç bir əsas olmadan ozünün şəxsi maraqları naminə bu torpağın istifadə təyinatını dəyişdirib. Təbii ki, öz marağı çərçivəsində həmin torpaq sahəsini qeyri qanuni olaraq rayonun müxtəlif sakinlərinə icarəyə vermiş və bununla bağlı əldə olunan vəsaitin taleyi məktəb direktorundan başqa heç kimə bəlli deyil. Onu da qeyd edim ki, burada az vəsaitdən söhbət getmir. Suvarılan torpağın hər hektarı ən azından 200 manatdan icarəyə verilir. 100 hektarı 200 manata vursaq 20 min manat vəsait əldə olunur. Onu da 25 ilə vursaq möhtəşəm bir rəqəm canlanır göz qarşısında. Çətin də olsa hər halda Azər Nəcməddinov bu suala cavab vermək məcburiyyəti qarşısında qalacaq.
2. Siyahı üzrə 100 % şagirdi olan məktəbə, cəmi 40-50% şagird gəlir. Dərsə gəlməyən şagirdlərin ödəmə kartlarındakı vəsaitin taleyi barədə məlumat məktəb direktorundan başqa heç kəsə məlum deyil. Təəccüblü məqamlardan biri də məktəbin şagirdlərinin siyahısında kənar rayonlardan və hətta iri şəhərlərdən olan şagirdlərin də adları var. Məktəbin yataqxanası işləmədiyi halda görəsən o şagirdlər yüzlərlə kilometr məsafəni necə gəlib gedirmişlər. Bu ayrı mövzunun söhbətidir, bunun üzərində gələn dəfə ətraflı dayanacam. Dərsə gəlməyən şagirdlərin bir çoxu ilə mənim söhbətim olub, onlar bu faktı təstiqləyib. Bundan əlavə Oğuz rayonunda yerləşən Kapital bankın bankomatlarındakı lentlər də bu faktı təstiqləmək üçün növbəsini gözləyir. Hər ayın axırı şagirdlərin təqaüdü verilən zaman Azər müəllimin bu iş üzrə ixtisaslaşmış xüsusi “emissarları” şagirdlərin ödəmə kartlarını ciblərinə doldurub, gecə saat on, on bir radələrini uyğun bilərək “cumurlar” kapital bankın bankomatlarının canına. Əməliyyat başa çatdıqdan sonra toplanan vəsait direktorun kabinetinə gətirilir. Həmin gün Azər müəllimin iş saatı gecə yarisına qədər uzanır.
3. Siyahı üzrə 45-ə yaxın müəllim, təlim ustası, texniki işçi və s. olduğu halda, məktəbə cəmi onların 15-20-si gəlir. İşə gəlməyən işçilərin ödəmə kartlarındakı vəsaitin yönəldiyi istiqamət yalnız direktora bəllidi. Dərs jurnallarında işə gəlməyən müəllimlərin və digər işçilərin edəcəyi qeydiyyatlar kimin göstərişi ilə və kimlər tərəfindən edilir? Xətlər mütləq üzləşdirilərək yoxlanılmalıdır. Azər müəllim nəzərinizə çatdırım ki, Siz nə qədər məxfiliyi gözləmək baxımından dərs jurnallarını bağlı qapı arxasında yazdırsanız da, bu fakt bir o qədər daha çox aşkarlanır. Çünki şagirdlər dərsə gəlməyən və üzlərini belə görmədiyi müəllimlərin əvəzinə jurnalda saxta qeydiyyatlar aparmaqdan boğaza yığılıblar.
4.Məktəb direktoru korrupsiya haqqında qanunun maddəsinə məhəl qoymayaraq, yaxın qohumlarını ( həyat yoldaşı, baldızı, bibisi, qardaşının gəlini və sair) işə götürməklə onları da öz çirkin əməllərinin iştirakçısına çevirmişdir. Belə ki, korrupsiya haqqında qanunun 8-ci maddəsinə əsasən vəzifəli məmurun tabeçiliyində qohumlarının işləməsi yasaqdır. Görəsən hansı əsasla dövlət büdcəsindən maliyyələşən tədris ocağı “ailə ansamblına” çevrilmişdir? Biri qrupun rəhbəri, digəri isə məktəbin. “İşgüzar” birlik nəticəsində qrup dərsə gəlmir və qrupun ödəmə kartlarındakı vəsait hara yönəlir? Mən bu məqamı hələ ki, dərinləşdirmək istəmirəm. Amma məqamı gələndə hər şey açıqlanacaq. Dövlət büdcəsindən maliyyələşən tədris ocağını oyuncağa çevirmək hüququ heç kəsə verilə bilməz. Çünki, o büdcə biz sıravi vətəndaşların əmək haqqından damla-damla ödədiyimiz vergidən toplanır. Biz bu pulu drektorun deyil, dövlətimizin təlabatının ödənilməsi üçün ödəyirik.
5. 5.Məktəbə alınan malların, materialların və avadanlıqların mövcudluğu xüsusi mövzunun söhbətidir. Alınanların dəyəri və mövcudluğu ilə ayrılan vəsaitin miqdarının müqayisəsi aparılmaqla yoxlanılsa, çox təəccübləndirici faktlar ortaya çıxacaq. (bu zaman guya qismən fəaliyyət gostərən yataqxana da nəzərə alınmalıdır).
6. 6.Bir sözlə Oğuz Peşə Məktəbinin çoxillik maliyyə təsərrüfat fəaliyyəti çox ciddi şəkildə yoxlanılmasının zamanı çoxdan çatmışdır.
7. 7.Urəkağrıdıcı məqamlardan biri də məktəbin balansinda olan texnikanin, emalatxanasındakı avadanlıqlarin dağıdılması, kimlərəsə ucarəyə verilməsi bir sözlə nə yollasa aradan cixarilmasidir.
8. 8.Ən nəhayət, bunun dəyən maddi ziyanını bir tərəfə qoyub, mənəvi tərəfdən dəyən ziyanına nəzər yetirsək, əsl faciənin orda olduğunu aydın şəkildə görə bilərik. Belə bir deyim var ki, hansı xalqı məhv etmək istəyirsənsə, onun elmini, təhsilini əlindən al, yetərlidir. Cünki bu bərpa olunmaz və dönməz bir prosesdir. Görəsən o gənclərin və onların valideynlərinin günahı nədir?
Hörmətli redaksiya!
Adı çəkilən peşə məktəbində bu səpkidə neqativ hallar coxdu və mən onların hamısını sadalayıb Sizin vaxtınızı almaq istəmirəm. Fəaliyyəti qapalı sistem şəklinə salınmış bu məktəbdə vakant yerin olub olmamağını məktəb direktorundan başqa heç kəs bilmir. Bu məktəbə işçilər biliyinə, qabiliyyətinə və bacarığına görə deyil, direktorun özünün müəyyən etdiyi “ xüsusi meyarlar” əsasında qəbul edilir. Onu da qeyd edim ki, əgər bu gün bir nəfər savadlı, təcrübəli bir mütəxəssis həmin məktəbdə işləmək arzusunu bildirsə, həm məktəbdə həm də Təhsil Nazirliyinin müvafiq şöbəsində dərhal cavab verəcəklər, vakant yer olan kimi sizi böyük məmnumiyyətlə ora işə göturərik. Vakant yer isə demək olar ki, heç vaxt gostərilmir. Göstərilsə də əvvəlcə “sahibi” tapılır sonra göstərilir. Hörmətli şöbə müdiri və məktəb direktoru bəlkə özünüz açıqlayasınız son bir, iki ildə Oğuz Peşə Məktəbinə testdən kənar neçə nəfər işçi qəbul edilib? Düzdür onlar testdən keçiblər, amma Azər Nəcməddinov və onunla əlbir olanların “xüsusi test”indən keçməklə kifayətlənilib. Yüngül formada desək, budumu bizim təhsilimizin inkişaf perspektivləri? Görəsən xalqin övladlarini mənəvi “şikəst” etmək haqqını bunlara kim verib?
Məktəbin fəaliyyətinə cavabdeh olan Təhsil Nazirliyinin böyük günahını inkar etmək və danmaq mümkün deyil.
Son olaraq bildirirəm ki, Oğuz Peşə Məktəbində baş verən belə özbaşınalıq xüsusilə rayon yerlərində sosial gərginliklərə yol açan amillərdəndir ki, hesab edirəm bu da yol verilməzdir və xeyirxah niyyətlərə xidmət etmir. Düşünürəm ki, Oğuz Peşə Məktəbinin çoxillik maliyyə təsərrüfat fəaliyyəti çox ciddi şəkildə yoxlanılacaq və müvafiq tədbir görüləcək.
Hörmətli oxucular növbəti yazımda aşağıdakı məlumatlarla tanış ola biləcəksiniz.
-Dərsə gəlməyən şagirdlərin ödəmə kartlari kimin evində saxlanılır və hansı müəllimlər bankomatlardan pulları çıxarır?
-Məktəbə qəbul zamanı şagirdlərdən nə qədər rüşvət alınır və bu rüşvəti kim alır?
-Testdən keçməyərək işləyən müəllim və digər işçilər kimlərdi?
-Şagirdlərin üzünü görmədiyi, adı olub özü olmayan müəllim və digər işçilər kimlərdi?
-Məktəbin yolunu belə tanımayan, xüsusilə kənar rayon və şəhərlərdən olan şagirdlər kimlərdi?
-Məktəbin balansında olan texnika və avadanlıqlar necə talan edilib?
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər