BolgeXeber.Com » Bölgə » Salyan rayonundan aksiya xəbəri gəldi

Salyan rayonundan aksiya xəbəri gəldi

29-10-2013, 13:20
Oxunub: 3 321 Salyan rayonundan vətəndaşların verdiyi məlumata görə yaxın günlərdə Qarabağlı və Kərimbəyli kənd sakinləri aksiya keçirəcəklər.

Səbəb vətəndaşlara qənim kəsilən Salyan Rayon Qaz İstismar İdarəsinin sakinlərin adına külli miqdarda debütor borc hesablamasıdır.

Bundan əlavə Qİİ-nin əməkdaşları sakinlərin qaz sayğaclarını blomplayaraq yanacağın verilişini dayandırıblar. Kənd sakinləri iddia edir ki, ölkə başçısı tərəfindən debütor borcarın silinməsi ilə bağlı göstəriş verilmişdir. Lakin Salyan rayon Qaz İstismar İdarəsinin rəisi qanunsuz olaraq qeyd olunan debütor borclarını vətəndşlarının hesabında saxlayıb. Sakinlər bildirirlər ki, əgər problemləri həll olunması aksiya keçirəcəklər və prezident aparatına yürüş təşkil edəcəklər. Rayon sakinləri deyirlər ki, seçki prosesləri bitən kimi məmurlar düşüb vətəndaşların canına.

Qeyd edək ki, bir müddət əvvəl Qarabağlı kənd sakinləri kəndin işıq və qazının kəsiləməsinə etiraz edərəlk Salyan-Şirvan yolunu bağlamışdılar.

P,S. Salyan rayon Qaz istismar idarəsi ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadığından qarşı tərəfin mövqeyini öyrənə bilmədik.