BolgeXeber.Com » Bölgə » Kəlbəcərin icra başçısı prezidentin sərəncamlarını pozur

Kəlbəcərin icra başçısı prezidentin sərəncamlarını pozur

29-10-2013, 15:40
Oxunub: 4 588 Prezident Ilham Əliyevin 2012 ildə, dövlət qulluğu haqqında verdiyi sərancam Kəlbəcər rayon Icra Hakimiyyətinin başçısı tərəfindən pozulur. Bir müddət əvvəl, Kəlbəcər rayon Təkə Qaya İcra Nümayəndəliyinin sədri işləmiş Ismayılov Qəhrəman Valeh oğlu, natamam orta təhsilli olduğu üçün isdən azad edilmişdir. Sərəncamın əsas hissəsində göstərilmişdir ki, dövlət qulluğunda işləyən hər bir məmur ali təhsilli olmalıdır. Ancaq buna baxmayaraq, Kəlbəcər rayon Icra Hakimiyyətinin başçısı Qəhrəman Valeh oğlu Ismayılovu, yenidən Təkə Qaya İcra Nümayəndəliyinə müavin vəzifəsinə təyin etmişdir. Prezident sərəncamı birmənalı olaraq, Azərbaycan Respublikası ərazisində bütün məmurlara şamil edilmişdirsə, Kəlbəcər rayon Icra Hakimiyyətinin başçısı Prezident sərəncamını pozması qanunlarımızın əksinə cıxması kimi qiymətləndirilir. Icra nümayəndəliyinin müavini vəzifəsi olduğu halda, hansı qanunlara istinad edilərək yenidən vəzifəyə təyin edilməsi birbaşa qanun pozuntusudur. Etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən, 58 yaslı, Qəhrəman Ismayılov guya Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi təhsil alması adı ilə hansısa bir sənəd təqdim etmişdir. Əgər Kəlbəcər rayon Icra Hakimiyyətinin başçısı, Prezidentin sərəncamını pozaraq, Qəhrəman Ismayılovun hədə qorxusu ilə yenidən vəzifəyə qaytarırsa, bəs nə üçün uzun illər iş təcrübəsi olan işçiləri işlə təmin etmir?