BolgeXeber.Com » Bölgə » Qubanın yol probleminə biganə qalan icra başçısı və deputat

Qubanın yol probleminə biganə qalan icra başçısı və deputat

31-10-2013, 09:25
Oxunub: 4 896 Respublikanın şimal bölgəsində Quba xüsusi çəkiyə malikdir. Rayonun ərazisi orta hesabla 2610 kvadratkilometrdir. Bu sahənin çox hissəsi Qonaqkənd zonasının payına düşür. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilib. Quba rayonunun cənubunda ən böyük ucqar kənd Qonaqkənd hesab olunur. Bu kənd illərdir salınacağı deyilən Quba-Şamaxı yolu üzərində sonuncu kənddir. Hər tərəfi dağlarla mühasirəyə alınıb.
Qonaqkənd rayonu ləğv edildikdən sonra ərazinin üzərini sanki qara buludlar alıb. Kəndlər tədricən boşalıb, insanlar öz ata-baba yurdlarını tərk edərək Qubaya, Xaçmaza, Şabrana, Siyəzənə köçüblər. Bir neçə kəndin adı bu gün yalnız arxiv sənədlərində qalıb. Məsələn, Yergüc, Qaraqıç, Qılcanlı, Qarabulaq, Girdəh, Bilgəh kəndləri belələrindəndir.Qəsəbədə iş yerləri ,dolnışıq olmadığından cavan insanların əksəriyyəti ya Rusiyaya,yada Bakıya üz tutub.Qəsəbədə qalanlar isə əsasən yaşlı insanlar,bir də uşaqlardır.
Bolgexeber.com-un redaksiyasına müraciət edən Qubanın Qonaqkənd qəsəbəsinin bir qrup sakini qəsəbəyə gələn əsas yolun və qəsəbənin içindən keçən çayın üstündəki körpünün bərbad olmasından şikayət edirlər.Sakinlər deyirlər ki, yol yalnız Təngəaltınacan çəkilib, digər kəndlərə gediş-gəliş üçün Vəlvələçayın üzərində körpü çəkilməsinə böyük ehtiyac var. Bildirilir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev işlədiyi ilyarım müddətində 2 dəfə Qonaqkənd qəsəbəsində ərazinin sakinləri ilə görüş keçirib. Onların problemlərini öyrənib və kömək edəcəyinə söz verib.Ancaq onun sözləri vəd olaraq qalıb.Belə ki, 1959-ci ilə qədər Qubanın rayon mərkəzi olan qəsəbədə hal-hazırda yolların vəziyyəti çox bərbaddır.Sakinlərin dediyinə görə payızda və qışda yolun olmamasından vəziyyət lap açınacaqlı hal alır.
Şikayətçilər bildirir ki,deputat Vahid Əhmədov bu qəsəbədən olsa da demək olar ki, Qonaqkəndin heç bir problemi ilə maraqlanmır,həmişə yerli icra hakimlərinin tərəfini tutur.Ümumiyyətlə onlar bildirirlər ki, həmyerliləri Vahid Əhmədovu o yalnız televiziyada danışandan-danışana görürülər. Məmurlar sakinlərə neçə illlərdir ki,deyirlər yol çəkiləcək,ancaq çəkilmir ki,çəkilmir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da çayın içində - vadisində yerləşən qəsəbə üçün həmişə təhlükə mənbəyi olduğundan bu ərazidə tez- tez baş verən çay daşqınları ərdi evlərə, təsərrüfatlara və yollara ciddi ziyan vurur.Ancaq deyildiyi kimi nə icra nümayəndəsi Gülbəddin Məmmədov,nə bələdiyyə sədri Firuz adlı şəxs,nə də Quba icra hakimiyyəti böyük sosial problemləri olan qəsəbə ilə maraqlanmırlar.Bildirilir ki,əslində qəsəbəyə gələn yol və körpü üçün dövlət büdcəsindən maliyyə vəsaiti çoxdan ayrılıb,ancaq indiyəcən də bu istiqamətdə heç bir iş aparılmayıb.Rayon Mərkəzinə 75 km məsafə,yollar isə çox bərbad olduğundan bu yolu yalnız «Niva» və ya UAZ –ilə gedib-gəlmək olur.Yollar pis gündə olduğundan burada ictimai nəqliyyat tez-tez işləmir.Qişda qar, çovğun gediş-gəlişi daha da çətinləşdirir. Ona görə bu kənd əhalisi üçün yollar, fəsillərdən asılı olmayaraq, hər zaman əzabdır.Bir sözlə qonaqkəndlilərin ən böyük problemi yoldur.

...Azərbaycanda tez-tez belə bir şüarın yazıldığı plakata rast gəlirsən - «Yol mədəniyyətdir». Bəs bu mədəniyyətdən, kasıb-kusub,sadə camaat niyə kənarda qalmalıdır?
Bolgexeber.com