Yevlax və Bərdənin icra başçılarını bitirəcək plan işə düşdü
31-10-2013, 09:55
Oxunub: 5 005
Yevlax və Bərdədə kompleks maliyyə yoxlamaları başlayıb, rayonun rəhbərləri qorxuya düşüblər
Seçkilərdən sonra bir çox icra başçılarının işdən çıxarılacağı və ya yeni işlə təmin olunacağına dair məlumatlar hələ xeyli əvvəldən var idi. Prosesin seçkilərdən sonrakı dövrü əhatə edəcəyi də aydın məsələydi. Dünəndən etibarən isə prosesə start verilib.
TİA.AZ xəbər verir ki, hal hazırda Bərdə və Yevlax rayonlarında kompleks maliyyə yoxlamalarına başlanılıb. Məlumatda deyilir ki, hər iki rayonun bütün idarə və müəssisələrini əhatə edən bu yoxlamalar onların 7 illik fəaliyyətlərini araşdırmağa hesablanıb. Bildirilir ki, ilkin yoxlamalar zamanı xeyli sayda maliyyə pozuntuları aşkarlanıb. Ən ağır pozuntular isə İcra Hakimiyyətini əhatə edib ki, bunun da sonunun yaxşı olacağı inandırıcı görünmür.
Verilən məlumatlarda bildirilir ki, Bərdə və Yevlaxda həyata keçirilən bu yoxlamaların başlıca hədəfi hər iki rayonun icra başçısının işdən çıxarılmasına hesablanıb. Belə ki, Bərdənin icra başçısı Vidadi İsayev və Yevlaxın icra başçısı Qoca Səmədovla yollarını ayırmağa hazırlaşan hakimiyyət dairələri onların maliyyə sirlərini də öyrənərək, bu şəkildə hər iki rayon rəhbərini yola salmağa çalışır.
Məlumatlarda o da vurğulanır ki, hər iki rayonun icra başçısı Maliyyə Nazirliyi ilə ümumi dil tapmağa çalışsa da, bir nəticə hasil olmayıb. Hətta onlara xəbərdarlıq edilib ki, rəhbərlik etdikləri rayonda fəaliyyət göstərən bəzi idarə və müəssisə rəhbərlərini həbs təhlükəsi belə gözləyir. Bu xəbər əyalətə çatandan sonra idarə rəhbərlərinin qorxuya düşdükləri deyilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər