BolgeXeber.Com » Bölgə » Masallıda yol fırıldağı

Masallıda yol fırıldağı

31-10-2013, 10:35
Oxunub: 4 754 Ərkivan icra nümayəndəsi icra başçısını aldadıb, qəsəbədə asfalt yolların çəkilməsi üçün əhalidən pul yığılır

Masallı rayonunun ən böyük qəsəbəsi olan Ərkivanda daxili yolların asfalt örtüyü ilə təmin edilməsi üçün büdcədən pul ayrılsa da, sakinlərdən bu məqsədlə pul yığılır. Ərkivan Qəsəbə İcra Nümayəndəsi Sabiq Cahangirov icra başçısı Rafil Hüseynovun verdiyi tapşırğı qulaqardına vurur.

Qəsəbə sakinlərinin verdiyi məlumata görə, dövlət büdcəsindən rayonun abadlaşdırılması üçün ayrılmış 11 milyon manatın bir qismi Ərkivanın daxili yollarının asfaltlaşdırılması üçün nəzərdə tutulub. Elə icra başçısı da bununla bağlı göstəriş verib ki, qısa müddətdə işlər yekunlaşdırılsın. Lakin icra nümayəndəsi Sabiq Cahangirov qapı-qapı düşərək qəsəbə sakinlərindən pul tələb edir. Həmin pulu verənlərin məhəllələrinə asfalt yolun çəkilməsi qısa müddətdə həyata keçirilsə də, pul verməyənlər üçün bu arzu olaraq qalır.

JAM.AZ-a danışan ərkivanlılar məsələyə aydınlıq gətirilməsini tələb edirlər. Onlar büdcə pullarının aqibtəini soruşmaqla yanaşı, həm də Sabiq Cahangirovla bağlı tədbir görülməsini tələb edirlər.