Şəkidə 1 və 2 nömrəli peşə məktəblərindəki korrupsiya faktı
31-10-2013, 13:25
Oxunub: 5 032
Peşə məktləblərinin rəhbərləri Şəkidə peşə təhsilini bazara çeviriblər
Məlum olduğu kimi 27.08.2013 tarixdə Şəki 1 nömrəli Peşə Məktəbinin açılış mərasimi olub. Mərasimdə Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya Hökumətinin birgə maliyyə dəstəyi ilə əsaslı təmir işləri aparılıb, tədris ocağının maddi-texniki bazası yenilənib.
Bolgexeber.com bildirir ki,açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke Vatanabe, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
1966-cı ildə yaradılan və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən Peşə Məktəbində bu günə qədər əsaslı təmir işləri aparılmayıb. Müasir avadanlıqlarla təchiz edilən Peşə Məktəbində növbəti tədris ilindən başlayaraq bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılması planlaşdırılır. Belə ki, Şəki rayonunun turizm potensialı nəzərə alınaraq, təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılıb.
Məlumat üçün bildirək ki, Şəki 1 nömrəli Peşə Məktəbində aşağıdakı ixtisaslar vardır.
• Əməliyyatçı-mühasib
• Turizm agenti
• Kompyuter operatoru
• Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri
• Elektrik qaz qaynaqçısı
• Tikiş avadanlıqlarının operatoru, tikişçi
• İnşaat xarratı
Şəki 2 nömrəli Peşə Məktəbində isə bu ixtisaslar vardır:
• Kompyuter opratoru
• Üzüm ustası
• Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər
• Traktorçu-maşinist
• Heyvanlarda süni mayalanma üzrə texnik
• Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
• Tikiş avadanlıqlarının operatoru, tikişçi
Lakin yaradılan şəraitdən yararlanan yeganə insanlar bu təhsil müəsisəsinin rəhbərləri Mircavad Abbasov və Xəlil Sənanovdur. Bu iki şəxs sözün əsl mənasında bu təhsil müəsisələrini atalarından qalma miras hesab edirlər. Burada baş verən özbaşnalıqlara müəyyən məsələlərə görə göz yuman bu rəhbərlərdən Nazirin xəbərsiz olduğu məlumdur.
Əməkdaşlarımızın hazlrladığı geniş reportajı yaxın günlərdə təqdim edəcəyik.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər