BolgeXeber.Com » Bölgə » Salyan rayon icra hakimiyyətinin işçisi kimlərin şifarişini icra edir?

Salyan rayon icra hakimiyyətinin işçisi kimlərin şifarişini icra edir?

31-10-2013, 15:40
Oxunub: 5 682 Bolgexeber.com xəbər verir ki, Salyan rayon icra hakimiyyətində ictimai-siyasi şöbədə referent işləyən Məhərrəm müəllim mətbuata nümayəndələrinə qarşı hörmətsizlik edib. Belə ki, son zamanlar Salyan rayonundan redaksiyamıza çoxlu sayda şikayət məktubları gəlir və əməkdaşımız bu şikayətləri yerində araşdırıb işıqlandırmaq üçün rayona ezam olunmuşdur.Qeyd edək ki, Məhərrəm müəllim həm də icra hakimiyyət ilə mətbuat arasında əlaqələndirici vəzifəsini daşıyır.Əməkdaşlarımız rayonla bağlı bir sıra sualların cavablandırılması üçün ona müraciət etmişdir . Lakin mətbuat işçilərini qəbul edən Məhərrəm müəllim saymazyana surətdə “Gedin nə istəyirsiz çəkin, yazın, rayonda hər şey göz qabağındadır” deyib. Təbii ki, öz peşə fəaliyyətlərini həyata keçirən əməkdaşlarımızı, belə emosional cavab qane etməyib. Görünür bu hərəkəti ilə Məhərrəm müəllim icra hakimiyyətinə qarşı mətbuatda mənfi rəy yaratmaq istəyir. Biz hesab edirik ki, o bu cür hərəkəti heç də özbaşına etmir. Çox guman ki, o icra başçısını hədəf götürən hansısa məmurun sifarişini yerinə yetirir. Yaxın zamanlarda Bolgexeber.com Salyanda mövcud olan bir sıra xoşagəlməz hallar ilə bağlı hazırladığı reportajı oxuculara təqdim edəcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com