Əyalətlərdə «Ən ucuz mallar burda» kampaniyası - FOTO
24-06-2011, 14:35
Oxunub: 7 686






Sumqayıtda əksər marketlərin üzərinə belə sözlər yazılıb, bu rəqabət yox, əhalinin bərbad gündə yaşamasının təzahürüdür
Azərbaycanda son dövrlər yeni bir tendensiyanın əsası qoyulur. Xüsusən də bunun əyalətlərdə zühur etməsi bir tərəfdən rəqabət hissindən doğduğunu göstərsə də, digər tərəfdən əsl mahiyyətində hakimiyyətin apardığı yarıtmaz siyasət nəticəsində insanların səfalət içində yaşamasının göstəricisidir.
Bolgexeber.com bildirir ki, yeni tendensiya dükanlar və marketlərdə ucuz qiymətə məhsulların satılması və bunun nümayişkəranə şəkildə göstərilməsidir. Demək olar ki, kiçik şəhərlərdə və bir çox rayonlarda market və dükanlar məhsullarını ucuz satdıqlarını nümayiş etdirir və bu barədə obyektlərinin qarşısına elanlar vururlar.
Hələlik Bakıya gəlib çatmayan bu prosesin əsas məkanı kimi, şəhər olaraq Sumqayıt göstərilir. Çünki Sumqayıt ölkənin ikinci şəhəri hesab olunur və burada yaşayan insanların isə yetərli qədər kasıb olduğu aydın sezilir. Sumqayıtda apardığımız müşahidələr nəticəsində məlum olub ki, hal hazırda ucuz qiymətə məhsul satan marketlərin sayı sürətlə artır.
Bolgexeber.com bildirir ki, meyvə-tərəvəzdən tutmuş, ərzaq məhsullarına qədər hər şey satan bu marketlər binalarının önünə «Ən ucuz məhsullar burda» sözləri yazılmış iri plakatlar vurublar. İnsanların diqqətini çəkmək və müştəri cəlb etmək üçün nəzərdə tutulan bu reklamın aparılması normal haldır. Amma bu normallıq Azərbaycan kimi anormal bir ölkənin reallığı ilə düz gəlmir. Yəni, bizdə neft ölkəsi olsaq da, kasıbçılıq elə bir həddədir ki, marketlərin verdikləri bu elanlar heç də rəqabət məqsədi güdmür. Daha çox aztəminatlı ailələrin, yəni kasıbların qida məhsulları alması üçün düşünülmüş və ya məcburiyyətdən edilmiş bir addımdır.
Onu da bildirək ki, Sumqayıt şəhərindəki marketlərin bəzilərində həftənin müəyyən günləri çörək və ya duz pulsuz satılır. Bu iki məhsul qiymət baxımından baha olmasa da, əhalinin təlabat duyuduğu ən aparıcı mallar hesab olunurlar.
Nəzərinizə çatdıraq ki, vəziyyətin bu həddə olması rəqabət amilindən daha çox, insanların maddi rifahlarının bərbad vəziyyətdə olmasını göstərir. İqtidarın ağız dolusu «analoqu olmayan inkişaf» deməsinə baxmayaraq, durumun ciddiyyəti odur ki, insanlar günbəgün rifahlarının pisləşdiyini görürlər. Bunu market sahibləri də bildiklərindən qiymətləri aşağı salaraq, alverlərinin getməsinə çalışırlar. Daha dəqiq desək, bu vəziyyət hakimiyyətin apardığı siyasətin tam əksini göstərir. Əks halda imkanlıların çox olduğu bir məmləkətdə, nə çörək, nə duz pulsuz təklif olunmazdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər