BolgeXeber.Com » Bölgə » Ağdam təhsilində "portvel" əməliyyatı

Ağdam təhsilində "portvel" əməliyyatı

2-11-2013, 13:05
Oxunub: 3 796 Elmira Şükürova və onun korrupsaener əlaltıları rayon təhsilini acınacaqlı vəziyyətə salıblar
Ağdam rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova və onun korrupsaener əlaltıları ilə bağlı məlumatlar daxil olub. Verilən məlumatlarda rayon məktəblərində vəziyyətin acınacaqlı olduğu və təhsil müdirinin portfel təhsil sistemi yaratdığı bildirilir. Elmira xanım Şükürovanın məktəb direktorları ilə əlbir olub "dəftərxana" əməliyyatından milyonlara sahib olur. Rayon təhsilini bərbat hala salan təhsil müdiri atestat satışından başlmış, adı var, özü yox məktəblərə qədər insihara almışdır. Şikayətçilərin dediyinə əsasən məktəblərin bir çoxu direktorların evlərində, portfellərində yerləşir. Məktəblər nömrələri ilə deyil, direktorların adı ilə tanınır. Psixoloq, laborant, kitabxanaçı ştatları kağız üzərində mövcuddur. Müəllimlərin məvaciblərindən hər ay müəyyən məbləğ kəsilir. Etiraz edənlər məhdud olunur Təhsil Tədqiqatları Mərkəzinin araşdırmasının nəticələri də təsdiqləyib ki, Ağdam təhsilində saxta məlumatların təqdim edilməsi əsasında siniflərin və məktəblərin açılması halları xüsusi yer tutur. Bu sinif və məktəblər üçün uzun illər boyu maliyyə vəsaiti ayrılır və mənimsənilir. Buna sübut maliyyə yoxlamalarından heç vaxt üzüağ çıxmayan rayon təhsil müdiri rüşvət bahasına canını qurtarmışdır.
Bu gün Ağdamda 142 ümumtəhsil məktəbi və başqa tipli məktəblər fəaliyyət göstərir. Onların 55-i rayonun özündə, 87-si isə köçkün məktəb kimi müxtəlif rayonlarda yerləşir. Əlbəttə, əgər onların işinə fəaliyyət demək olarsa. Ağdam məktəblərinin on doqquz minlik şagird kontingentinin, dörd minlik pedaqoji heyətinin taleyi ambisiyaları yerə-göyə sığmayan Elmira Şükürovaya etibar edildiyi üçün on beş il müddətində rayon təhsili ağlar günə qalıb.
Azerinews.tv-yə daxil olan digər məlumatda bildirilir ki, təhsil müdiri rayon məktəblərinə ayrılan yanacaq pulunu mənimsədiyi ücün həmin təhsil ocaqları soyuq olduğundan şagirdlər ağır xəstəliklər kecirdirlər. Elə, bu səbəbdən də rayon və kənd məktəblərində davamiyyət aşağı səviyyədədir. Bir sözlə ağdam rayonunun təhsilində yaşanan problemləri saymaqla qurtaran deyil. Təhsil naziri Mikayıl Cabbarov təcili şəkildə bu rayonun təhsil müdiri E. Şükürova haqda ciddi ölçü götürməsi
münasib olardı. Mövzuya qayıdacağıq.
Bolgexeber.com