BolgeXeber.Com » Bölgə » Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – ŞOKDA

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – ŞOKDA

3-11-2013, 10:40
Oxunub: 7 630 M.Həsənov keçmişdə etdiyi günahının bədəlini ödəyir

Bir müddət öncə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini M. Həsənov barədə qisa məlumat verərək bildirmişdik ki, o bu vəzifəyə gəlməmişdən öncə Moskva şəhərində səyyar ticarətlə məşğul olurmuş. Həmin vaxt Həsənov qazandığı pulları hara gəldi xərcləyər, vaxtının çoxunu yüngül əxlaqlı qadınlarla eyş – işrət məclislərində keçirirmiş. Moskavada “alver” etdiyi dönəmlərdə orda silinməz iz buraxan Həsənovun heç ağlına da gəlməzdi ki, bir müddət sonra oradakı əməllərinin üstü açıla bilər. Açılır da...

Bəs görəsən bu işin açılmasında kimlərin iştirakı olub?

Bu barədə daha sonra ətraflı məlumat verəcəyik.

Tovuz rayonundan 7GUN.az-a daha ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, M.Həsənov Moskvadakı sirlərinin açıldığını bilərkən çox ciddi narahatçılıq keçirib. Bəzi məlumatlara görə o, ürək tutmasından qəflətən huşunu itirərək yerə yıxılıb. Dərhal ilk tibbi yardım göstərilən müavin özünə gələ bilib. Bundan sonra o, tez – tələsik qürbət yerdə buraxdığı səhvin üstünü açan adamı rayona dəvət edib. Tovuzdakı “Ayan Palace” da baş tutan təkbətək görüşdə həmin adama külli miqdarda pul verilib ki, bu işi “ört-basdır” etsin. Hazırda Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyən Həsənovun gizli saxlamağa cəhd etdiyi çox maraqlı məlumatlardan xəbər tutmuşuq.

Yaxın günlərdə mövzuya qayıdacağıq.

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com