BolgeXeber.Com » Bölgə » Xaçmaz SSİ-nin rəisi Vaqif Səlimov Hakimiyyətin əlehinə danışır

Xaçmaz SSİ-nin rəisi Vaqif Səlimov Hakimiyyətin əlehinə danışır

5-11-2013, 09:00
Oxunub: 3 812 Bu barədə rayonda olan qaynaqlarımız məlumat verib. Onun dediyinə görə Xaçmaz SSİ-nin rəisi Vaqif Səlimov tədbirlərin birində “Vəziyyət mütləq dəyişməlidir” söyləmişdir. Hakimiyyətin getməsinin tərəfdarı olan idarə rəisini bu yola vadar edən nədir?
Əldə etdiyimiz məlumatda göstərilir ki, Xaçmaz RİH-nin Başçısı Şəmsəddin Xanbabayev idarə rəislərini “bezdırdiyi” üşün Vaqif müəllim belə qərarə gəlmişdir. Başqa bir məlumatda deyilir ki, Xaçmaz SSİ-nin rəisi Vaqif Səlimov ümumiyyətlə dövlət başçısı İlham Əliyev və komandasının istefası üçün seçkilərdə “Tapşırığını” vermişdir. Redaksiyaya daxil olan məlumatı tam dəqiqləşdirmədiyimiz üçün bəzi elementləri məxfi saxlanılır. Lakin maraqlısı odur ki, bir idarə rəisinin bu cur iddiası hakimiyyət tərəfindən müsbət qarşılanır.
Dosye.az olaraq məsələnin araşdırılması üşün qarşı tərəflə telefon əlaqəsi yaratmağa cəhd etdik. Əfsüslər olsun Xaçmaz RİH-dən məsələyə münasibət bildirən olmadı. Amma Xaçmaz SSİ-dən bildirildi ki, Vaqif müəllimin çoxlu mobil telefon nömürəsi olduğundan onu tapmaq olduqca müşkül məsələdir. Biz inanırıq ki, dövlətə sadiqliyi ilə seçilən və melorasiyanin inkişafında müstəsna xidmətləri olan Melorasiya və Su Təsərüfati ASC-nin sədri Əhməd Əhmədzadə, tabeçiliyin də olan idarə rəisinin ətrafında dərindən düşünəcəkdir.
Növbəti yazılarımızda Vaqif Səlimovun dövlət nə qədər ziyan vurduğu haqda kifayət qədər məlumat əldə edə biləcəksiniz. Dosye.az saytını izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. Aldığımız son məlumata görə Xaçmaz SSİ-nin rəisi Vaqif Səlimov rayon icra hakimiyyətinə çağrılıb. Rayondan verilən məlumata görə artiq Vaqif müəllim dilinin ücbatından əziyyət çəkməli olacaq. RİH-nin Başçısı Şəmsəddin Xanbabayevin münasibəti açıqlanacaq.