BolgeXeber.Com » Bölgə » Xocavəndin şöbə müdiri icra başçısını ittiham edir?-Yenilənib

Xocavəndin şöbə müdiri icra başçısını ittiham edir?-Yenilənib

7-11-2013, 16:15
Oxunub: 3 843 Xatirladaq ki,Bolgexeber.com Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Balakişiyevlə bağlı məqalə dərc etmişdir.Əməkdaşımız Ramiz Balakişiyevlə əlaqə saxlayaraq ondan məsələyə münasibətini öyrənmək istəmişdir.Lakin şöbə müdiri “Gedin nə istəyirsiz yazın,onsuz da mənə heç nə edən deyillər.Çünki mən atıq haqqımı vermişəm!”,-deyə qəribə cavab verib.Görünür Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Balakişiyev həqiqətən də vəzifədə qalıb işləməsi üçün icra başçısına haqq verib.Çünki əks halda o belə arxayıncasına bunu deməz...
***
Şöbə müdiri Ramiz Balakişiyevin adı cinayət işində hallanır
Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Balakişiyevlə bağlı olduqca maraqlı məlumatlar yayılıb. Bolgexeber.com xəbər verir ki, sözügedən qurumun rəhbərinin adı hələ bir müddət əvvəl baş vermiş cinayət işində hallanır.
İddialara görə, Balakişiyevin adı bacısının törətdiyi cinayət əməlində çəkilir. Hətta bununla əlaqədar onun istintaqa cəlb edildiyi, lakin sonradan bizə məlum olmayan səbəblərdən canını bu işdən qurtardığı vurğulanır.
Həmin iddialarda o da qeyd olunur ki, Ramiz Balakişiyevin rayonun mədəniyyət sahəsinə vurduğu ziyan, ermənilərin Xocavəndin mədəniyyət obyektlərinə vurduğu ziyandan heç də az deyil. Həmçinin o da deyilir ki, məsələ ilə bağlı rayon sakinləri dəfələrlə icra başçısı Eyvaz Hüseynova müraciət edərək, ondan şöbə müdirini işdən çıxarmağı tələb ediblər. Lakin icra başçısı mədəniyyət və turizm şöbəsinin müdirini işdən çıxarmaq əvəzinə, ondan haqq alaraq hələ də işində saxlayır. Bu azmış kimi, sözügedən şəxsin Eyvaz Hüseynova ayda haqq ödədiyi də iddialar sırasındadır.
Məlumatlara görə, Ramiz Balakişiyevin «gərgin əməyi» sayəsində faktiki olaraq Xocavənddəki bütün musiqi məktəbləri bərbad hala düşüb. Belə ki, hal- hazırda musiqi məktəblərdə elə müəllimlərin adı ştat cədvəlində var ki, onları 10 ildir gördüm deyən yoxdur. Amma hər ay bu adamların adına əmək haqqı yazılır və onların kartları da şöbə müdirinin seyfində bəh-bəhlə qorunur.
Bolgexeber.com -a daxil olan məlumatlara əsasən əmək haqqı oyununda icra başçısının da əli var. Eyvaz Hüseynovun Ramiz Balakişiyevlə birlikdə bu pulları bölüşdürdüyü iddia olunur.
Məsələ ilə bağlı adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.