BolgeXeber.Com » Bölgə » Neftçala rəsmiləri qorxu içində

Neftçala rəsmiləri qorxu içində

7-11-2013, 11:25
Oxunub: 3 617 Rayona yoxlama gəlir, Maliyyə Nazirliyinin əməkdaşları icra başçısı və maliyyə idarəsinin müdiri ilə şam yeməkdən imtina ediblər

Maliyyə Nazirliyinin bir qrup müfəttişi bu gündən etibarən Neftçala rayonunda yoxlamalara başlayır. Jam.az-a verilən məlumata görə, rayonun rəsmi qurumlarında yoxlama aparacaq nazirliyin əməkdaşları, bütün neqativ halları üzə çıxarmağa məsul ediliblər.

Gələn məlumatlara görə, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və rayonun maliyyə idarəsinin müdiri Rəşid Manafov daha çox qorxu içindədirlər. İndiyə qədər büdcə vəsaitlərini bildikləri kimi idarə etmiş bu şəxsləri qorxuya salan başlıca səbəb isə dünən axşam rayona təşrif buyurmuş Maliyyə Nazirliyinin işçilərinə qonaqlıq vermələrinin baş tutmamasıdır. Belə ki, nazirliyin əməkdaşları onları dəvət edən sözügedən şəxslərə «yox» cavabı verərək, rayondakı kiçik kafelərdən birində şam ediblər.

Çatan bilgilərdə vurğulanır ki, seçkidən sonra rayonlarda yoxlama aparan Maliyyə Nazirliyinin əməkdaşları hələlik işlərini başa çatdırmayıblar. Belə yoxlamaların start götürməsi isə bütün rayonlara şamil edilməyib. Məlumatlara görə, yoxlama aparılması nəzərdə tutulan rayonların rəhbərlərinin qənaəti odur ki, burada məqsəd onları işdən çıxarmaq üçün tutarlı əsaslar tapmaqdır. Görünür, İsmayıl Vəliyevi də qorxuya salan səbəb elə budur.
Bolgexeber.com