BolgeXeber.Com » Bölgə » İcra başçısının Şəhidlər Kompleksi maxinasiyası

İcra başçısının Şəhidlər Kompleksi maxinasiyası

7-11-2013, 10:50
Oxunub: 3 248 Xocavəndin icra başçısı Eyvaz Hüseynov 2 ildir ki, Nərgiz Təpə Şəhidlər Kompleksi üçün yerli məmurlardan pul toplayır

Eyvaz Hüseynov iki il əvvəl inşa etdirdiyi Nərgiz Təpə Şəhidlər Kompleksi yerli məmuraların «bəlasına» çevrilib. Bu barədə PİA.AZ-a Xocavənddən daxil olan məlumatda bildirilir.

Regionlarda yerli icra başçılarının daxili büdcəni saysız hesabsız mənasız lahiyələrə xərcləməsi ilə bağlı mətbuatda uzunmüddətdir ki, silsiləli yazılar gedir. Ancaq nədənsə icra başçılarının bu özbaşınalıqlarına göz yumulur.

Son zamanlar sürətli tikililəri və bəzi yeyinti maxinasiyaları ilə gündəmə gələn Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovun Nərgiz Təpə Şəhidlər Kompleksi lahiyyəsi ilə bağlı PİA.AZ-ın redaksiyasına məlumat daxil olub. Öncədən qeyd edək ki, Qarabağ şəhidlərini unudulmaması üçün yaradılan bu kompleks təqdirəlayiq bir işdir. Amma Xocavənddən daxil olan məlumatda bildirirlir ki, icra başçısı adı çəkilən kompleksin yaradılması adı altında yerli büdcadan 150 min manat miqdarında vəsait çıxardaraq mənimsəyib.

Məlumata əsasən, Eyvaz Hüseynov kompleks üçün daxilii büdcənin pulundan başqa yerli məmurlardanda vəsait toplayıb. Məlumatlı şəxs iddia edir ki, əslinda icra başçısı kompleksi yerli məmurların vəsaiti hesabına tikib. Yəni büdcədən ayrılan vəsait birbaşa icra başçısının cibinə axıb.

Bildirilir ki, Nərgiz Təpə Şəhidlər Kompleksinin inşası ayrılan büdcə vəsaitini Eyvaz Hüseynov yerli idarələrinhesabına köçürtdürüb və bu pul sonradan nəqdləşdirilərək mənimsənilib.

Məlumatda o da bildirilir ki, 2011-ci ildə inşa olunan bu abidə kompleks üçün Eyvaz Hüseynov yenidən idarə və müəssisə rəhbərlərindən pul yığdırır və bunu onunla əlaqələndirir ki, kopmpleks yenidən təmir olunacaq. Bundan əvvəl isə icra başçısının idarə və müəssisə rəhbərlərindən kompleksdə yaşıllaşdırma işi aparmaq adı altında pul topladığı qeyd olunur. Elə bu üzdən də yerli məmurlar arasında ciddi narazılıq yarandığı qeyd olunur.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…