BolgeXeber.Com » Bölgə » İmişlidə Bayraq Günü qeyd olunub-Fotolar

İmişlidə Bayraq Günü qeyd olunub-Fotolar

9-11-2013, 09:45
Oxunub: 4 116 Bildiyiniz kimi Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.Dövlət Bayrağı Günü İmişli rayonunda da qeyd olunub və bu əlamətdar gündə rayonda bir sıra tədbirlər keçirilib.Bolgexeber.com bildirir ki, Dövlət Bayrağı Meydanında keçirilən ümümrayon tədbirində dövlət rəmzlərindən biri və xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımızın movcudluğundan danışılıb. Bildirilib ki, 1918-ci il noyabrın 9-da qəbul edilən ücrəngli bayrağımız 73 illik fasilədən sonra 1991-ci ildə yenidən dalğalanmağa başladı. Tədbirdə çıxış edən İmişli rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev milli atributlarımızdan olan dövlət bayrağımıza göstərilən qayğı və sevgidən danışıb.

Bildirib ki, dövlət rəmzlərimizin yaradılması, onun formalaşması və geniş ictimaiyyət tərəfindən mənimsənilməsi ümummilli lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Həmçinin bildirilib ki, dövlət rəmzlərinin təbliği, məzmun və mahiyyətinin daha dərindən öyrənilməsi ilə bağlı rayonda xeyli iş görülüb. Şəhər mərkəzində bayraq meydanı inşa edilib, ətrafında park yaradılıb. Hazırda uzunluğu 100 metr olan üçrəngli bayraq dalğalanır. Tədbirdə, həmçinin milli bayrağımızın tezliklə işğal altında olan doğma yurdlarımızda dalğalanacağı inamı ifadə olunub. Sonda məktəblilər hərbi marşın sədaları altında bayraq önündən keçiblər.
Bolgexeber.com