Kürdəmirdə iki yük maşını toqquşdu: 65 heyvan tələf oldu – (Video)
9-11-2013, 11:10
Oxunub: 4 530
Bakı-Qazax magistralının 204 km-də Kürdəmir rayonun Qarabucaq kəndi ərazisində iki yük maşını toqquşub.
Bolgexber.com apa-ya istinadən xəbər verir ki, Kürdəmirdən Bakı istiqamətində hərəkətdə olan Laçın rayon Sirahlı kənd sakini, 40 yaşlı Mahir Siraqov idarə etdiyi “Mercedes” markalı ağır tonnajlı yük maşını ilə 100-dən çox iri və xırdabuynuzlu heyvan apararkən qəflətən əks istiqamətdən gələn Şirvan rayon sakini 54 yaşlı Abxan Əliyevin idarə etdiyi nar yüklənmiş “Kamaz” markalı yük maşınının qarşısına çıxıb.
Hadisə nəticəsində “Mercedes” markalı yük maşının sürücüsü Mahir Siraqov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Maşında olan 100 baş iri və xırda buynuzlu heyvandan 65-i tələf olub.
Şahidlərin sözlərinə görə, hadisənin baş verməsinə səbəb “Kamaz” markalı yük maşının sürücüsünün qəflətən idarəetməni itirməsi və “Mercedes”in qarşısına çıxması olub.
Baş Dövlət Yol Polisi İdarəsində faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər