BolgeXeber.Com » Bölgə » Cəlilabadda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Cəlilabadda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

23-11-2023, 13:33
Oxunub: 1 648
Cəlilabadda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının
ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə  rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Günəşli kəndinin ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar olunub.

Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 
271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.