BolgeXeber.Com » Bölgə » Qəhrəmanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib
Qəhrəmanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib
24-11-2023, 12:28
Oxunub: 4 224
Bolgə.TV xəbər verir ki, Qəhrəmanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qəhrəmanlı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə İnzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb, kənddə hər bir evə içməli su çəkilib, 0.6 km kəndarası yol asfatlaşdırılmışdır. Qəhrəmanlı kəndində pay torpaqlarının suvarılması üçün istifadə olunan arxın 1 km-i lildən təmizlənmişdir. Cari ildə 40 hektar sahədə pambıq əkilmiş, ondan 20 ha pambıq sahəsində yığım işi aparılmış və hər hektardan 25 sentner olmaqla 50 ton pambıq yığılmışdır. Hal- hazırda yığım davam edir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Alı Mehdiyev 1,5 km uzunluqda Həsənqaya-Qəhrəmanlı kəndlərarası yolun qreyderlə hamarlanması, İdris Rüstəmov fərdi yaşayış evinin qarşısından keçən 150 metr məsafədə qəzalı vəziyyətdə olan 0,4 kv-luq elektrik xəttinin yenisi ilə əvəz olunması, Suraya Hüseynova fərdi yaşayış evinin həyətində olan köhnə elektrik sayğacının “Smartkart” tipli sayğacla əvəz olunması, Pənah Məmmədov kəndin internet təminatının yaxşılaşdırılması və Həsənqaya kəndində yerləşən 1990-cı ildə tikilmiş Saatlı kənd tam orta məktəbin qəzalı vəziyyətdə olan inzibati binasının yenidən tikilməsi, Akif Həsənov Qəhrəmanlı kəndində “bam” adlanan ərazidə 25 ha pay torpaqlarının suvarılması üçün 1 ədəd artezian quyusunun qazılması, Dilqəm Quliyev kəndin ərazisində 34 hektar pay torpaqlarının suvarılmasına xidmət edən 2 km uzunluqda suvarma arxının lildən təmizlənməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər