BolgeXeber.Com » Bölgə » Direktor müavini İslam Əhmədov təhsil ocağını korrupsiya yuvasına çevirib

Direktor müavini İslam Əhmədov təhsil ocağını korrupsiya yuvasına çevirib

13-11-2013, 11:20
Oxunub: 3 446 Ölkə təhsilindəki problemlərlə bağlı mütəmadi olaraq mətbuatda informasiyalar dərc olunur. Orta təhsil ocaqlarından universitetlərə qədər bütün təhsil sistemində rüşvətin tüğyan etməsi, rəhbər şəxslərin özbaşınalıqları artıq ictimiət tərəfindən adi hal kimi qəbul olunmaqdadır.

PİA.AZ-ın elektron ünvanına təhsil ocaqlarındakı problemlərlə bağlı ay ərzində onlarla şikayət məktubu daxil olur və təhsilimizdəki neqativ halları imkanımız daxilində işıqlandırmağa çalışırırq. Belə bir şikayət məktublarınadan biri də Şuşa Humanitar Kollecində baş alıb gedən özbaşınalıqlarla bağlıdır.

Daxil olan şikayətdə bildirilir ki, Şuşa Humanitar Kollecində direktor müavini İslam Əhmədov vəzifəli yaxınlarına arxalanaraq kolleci tamamilə «özəl obyektinə» çevirib. Bildirilir ki, direktor müavini kollecdə özünün «komandasını» formalaşdıraraq kollecin direktorunu belə öz «nəzarəti» altına ala bilib.

Şikayətdə qeyd olunur ki, İslam Əhmədov şöbə müdiri Mehman Məmmədovla əlbir olaraq kollecdə əməlli başlı korrupsiya sistemi yaradıb. Belə ki, direktor müavini ən yaxın adamlarına çoxlu dərs saatı verməklə bərabər imtahanlarıda onların nəzarətina verərək rüşvət yığılmasına şərait yaradır. Şikayətçi iddia edir ki, İslam Əhmədov direktor müavini vəzifəsinə keçəndən bəri Şuşa Humanitar Kollecində müəllimlər 1- ci və 2-ci dərəcələrə bölünüblər.Həmin 1- ci dərəcəli müəllimlər İslam Əhmədovun qohumları, şəxsi dostlarından ibarətdir və bu şəxslər 2-ci dərəcəli müəllimlərdən fərqli olaraq bütün imtahanlarda iştirak edirlər və yığdıqları pulları direktor müavini ilə bölüşürlər.

İslam Əhmədovun başqa bir rüşvət mənbəyi isə, kolecdə oxuyan bir çox tələbələri aylığa çıxarılmasıdır. Həmin tələbələr imtahan pulları ilə bərabər kollecə gəlməmək üçün direktor müavininə il ərzində 800-1000 manat arası vəsait ödəyirlər.

Şikayətin sonunda qeyd olunur ki, İslam Əhmədovla bağlı dəfələrlə bir çox aidiyyatı qurumlara şikayətlər olunsada, nədənsə heç bir tədbir görülməyib və direktor müavini kollecin iclaslarında açıq şəkildə bildirir ki, Şuşa Şəhər İcra başçısı, millət vəkili Bayram Səfərov onun arxasında daynıb və heç kəsdən çəkinmir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Bolgexeber.com