Şəki Dövlət Texniki Kollecində dərslərdən çox siyasətə önəm verilir
13-11-2013, 14:55
Oxunub: 4 194
Tələbələr müvafiq qurumlara şikayət etməyə hazırlaşırlar
Keçən yazımızda biz redaksiyamıza gələn məktub əsasında Şəki Dövlət Texniki Kollecində baş verən qanunsuz pul yığımı və hatta tələbələrdən yığılan pullar hesabına Kollec direktoru Oxşar Səbiyevin hər il ailəsi ilə birlikdə Türkiyəyə istirahətə getməsindən bəhs etmişdik.Həmin yazıda bildirilirdi ki,kollecdə müxtəlif adlar və bəhanələrlə ayrı-ayrı məbləğlərdə pul yığılır.
Bolgexeber.com bildirir ki,bundan başqa tələbələrin imtahanlarda aldığı əla,yaxşı və orta qiymətlərə uyğun olaraq onlardan ən azı 100 manat yığılması göstərilirdi. Sanki tələbələrin ailələrinin Oxşar müəllimin gözəl həyat tərzini təmin etmək üçün qazanmaları bildirilirdi. Bu yazıdan sonra redaksiyaya kolleclə bağlı daha bir şikayət məktubu daxil olmuşdur.Kollecdəki tələblərdən birinin yazdığı məktubda bildirilir ki,kollecdə keçirilən bir çox dərslərdə bəzi müəllimlər fənnə uyğun olmayan ,dərsdənkənar ,hətta siyasi mövzularda söhbət edirlər,tələbələri bu mövzularda bilgiləndirirlər.
Təbii ki,bu kollecə bilik qazanmağa gələn tələbələrin əksəriyyətinin haqlı narazıçılığına səbəb olur.Mənbə bildirir ki, kollecdəki bəzi müəllimlər keçirilən dərsi tamamilə unudaraq tələbələrlə müxtəlif mövzularda öz şəxsi fikirlərini bölüşməyə üstünlük verirlər və bu kimi hallar davamlı baş verdiyindən tələbələr məsələnin ciddiliyini nəzərə alaraq artıq bununla bağlı müvafiq qurumlara şikayət etmək barəsində düşünürlər.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər