Bərdədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib
17-11-2013, 14:50
Oxunub: 4 297
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5000 kv.m olan "Mürvət" yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib..Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən həcmi 8 ton olan 1 ədəd boş yanacaq çəni və 1 ədəd həcmi 25 ton (Aİ-92 benzin) olan yeraltı çənlər alışıb.
Partlayış zamanı bir nəfər yanacaq doldurma məntəqəsinin işçisi müxtəlif yanıq xəsarətləri ilə yanğın bölmələri çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılıb. Ərazidə olan 2 ədəd yeraltı və 1 ədəd yerüstü çənlər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər