Qəzənfər Ağayev 500 min manat zərərə düşdü
18-11-2013, 12:55
Oxunub: 4 509
İranla sərhəddin bir neçə günlüyə bağlı olması Astarının icra başçısını rayondan didərgin salıb
Astara rayonun icra başçısı Qəzənfər Ağayevin artıq bir həftədən çoxdur rayonda olmadığı və bundan sonra bir müddət daha rayona gəlməcəyi xəbəri yayılıb. Jam.az-a verilən məlumata görə, icra başçısının qəfil Bakıya yollanmasının səbəbi isə şəxsi biznesi ilə bağlıdır.
Məlumatda deyilir ki, Qəzənfər Ağayevin Bakıda bir sıra böyük biznes sahələri var. Həmin biznes sahələrindən biri isə Naxçıvan və İrandan gətirilən qida, meyvə və digər məhsulların satışını təşkil edir. İranla sərhədlərin bir neçə günlüyə bağlanılması, xüsusən də Naxçıvandan gələn yük maşınlarının keçidinə icazənin verilməməsi səbəbindən icra başçısının xeyli zərərə düşdüyü deyilir. Bəzi məlumatlara görə, içi ərzaq məhsulları ilə dolu olan 10-a yaxın yük maşınının Biləsuvar gömrüyündə ilişin qalması səbəbindən onun içindəki mal tamamilə xarab olaraq, istifadəyə yararsız hala düşüb.
Deyilənlərə görə, bu hadisədən sonra Qəzənfər Ağayev 500 min dollara yaxın ziyana düşüb. Və həmin zyanı bərpa etmək üçün Bakıya gedərək, oradakı digər işlərini kontrol altına almağa çalışır. Ona görə də, Astaradakı dövlət əhəmiyyətli işlərini müavinlərinə həvalə edərək, paytaxtda məskunlaşıb. Onun daha nə qədər paytaxtda qalacağı isə məlum deyil.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər