Hacıqabulda birincilik uğrunda savaş başladı
22-11-2013, 12:10
Oxunub: 5 202
İcra başçısı Əhməd Muxtarovla DSMF müdiri Hacıağa Qasımov arasında vəzifə davası start götürüb
Hacıqabulda iki məmur arasında münasibətlər ən kritik həddə çatıb. JAM.AZ-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbəsinin müdiri Hacıağa Qasımovun açıq şəkildə icra başçılığı uğrunda mübarizə aparması, qarşı tərəfin heç də ürəyincə olmayıb.
Bildirək ki, Hacıqabulun icra başçısı olmaq uğrunda yarışa əslində, DSMF sədri qoşulmayıb. O, qardaşını bu posta gətirməyə çalışır. Və bu işləri həyata keçirməyi öz üzərinə götürüb. Danışıqların aparılması, hazırkı icra başçısına qarşı kampaniyaların təşkil olunması, Əhməd Muxtarovun yeyintilərinin üstünü açan faktların mətbuatı ötürülməsi və sairə kimi işlər Hacıağa Qasımov tərəfindən həyata keçirilən işlərdir.
Verilən məlumata görə, Hacıqabulun icra başçısı Əhməd Muxtarov məsələdən xəbər tutar-tutmaz Hacıağa Qasımovla görüşməyə cəhd edib. Lakin hələlik indiyə qədər bu görüş baş tutmayıb. Səbəbi isə DSMF sədrinin müxtəlif bəhanələr gətirərək, görüşə gəlməməsidir. Onun bu hərəkətlərindən qəzəblənən icra başçısı da söz verib ki, Hacıağa Qasımovun sonuna çıxmayana kimi ondan əl çəkməyəcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər