Ağdaşda FHN-in pulunu idarə müdirləri ödəyiblər
22-11-2013, 12:10
Oxunub: 5 252
İcra balşçısı Tofiq İbrahimov 5 orta məktəbin layihə-smetasının hazırlanmasına 145 min manat pul ayırıb
Azərbaycanda büdcənin pullarını silib, onu ustalıqla mənimsəməyin o qədər yolları aşkarlanıb ki, hər dəfəsində biri ilə rastlaşıldıqda təəccüblənməmək olmur. Son illər ortaya çıxan ən maraqlı məqamlardan biri də tikiləcək binalar üçün layihə-smetaların hazırlanmasına sərf olunan böyük məbləğdə pullardır.
Gəncə şəhərində inşa olunacaq yataqxananın layihə-smetasının hazırlanmasına şəhərin İcra Hakimiyyətinin 120 min manat pul ayırdığı barədə məlumat vermişdik. Həmin işləri də FHN həyata keçirəcəkdi.
Bununla bağlı aldığımız bir başqa məlumat isə Ağdaş rayonundan gəlib. JAM.AZ-ın əldə etdiyi məlumatlara görə, rayonun icra başçısı Tofiq İbrahimov yuxarıların etimadını qazanmaq üçün rayonda 5 yeni orta məktəb tikdirmək qərarına gəlib. Həmin tikinti işləri üçün büdcədən ayrılmış pulun yetərli olmadığını yaxşı anlayan icra başçısı təbii ki, bunun ağırlığını yerli idarə və müəssisələrin üzərinə yıxır.
Qeyd edək ki, Ağdaşın Qülbəndə kəndində 180, Ərəbşəki kəndində 80, Qarağan-Şıxlar kəndində 180, Tofiqi kəndində 220, Aralbir kəndində isə 220 yerli orta məktəbin tikintisi nəzərdə tutulub. Tikiləcək binaların layihə-smeta sənədlərinin hazırlanması da Gəncədə olduğu kimi, FHN-nin Tikintidə Texniki Nəzarət Dövlət Agentliyinin «Azkommunlayihə» şöbəsi tərəfindən tərtib ediləcək. Göstəriləcək xidmətin qarşılığında isə Ağdaş rayon İcra Hakimiyyəti FHN-nin hesabına 145 min manat ödəməliydi ki, icra başçısı Tofiq İbrahimov artıq bunu edib. Daha doğrusu, idarə və müəssisə rəhbərlərindən həmin məbləği yığaraq, nazirliyin müvafiq qurumuna təqdim edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər