Göyçayda yol polisi adam güllələdi – (Təfərrüat,Yenilənib)
23-11-2013, 16:35
Oxunub: 4 103
Göyçayda keçmiş polis əməkdaşının Gəncə sakinini güllələməsinin təfərrüatları məlum olub.
Bolgexeber.com bildirir ki,Göyçay Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.
Şəhər sakini Vüqar İsgəndərov özünə məxsus fərdi yaşayış evinin həyətində Yeni Gəncə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Anar Zöhrab oğluna ov tüfəngindən bir dəfə atəş açaraq onu ayağından yaralayıb. Məlumatda bildirilir ki, Anar Məmmədov Vüqar İsgəndərovun evində heç kimin olmamasından istifadə edərək oğurluq məqsədilə həyətə daxil olub.
Şəxsi avtomobili ilə evinə gələn Vüqar İsgəndərov həyətində yad adam görüb. Anar Məmmədov həyətə daxil olan ev sahibini görən kimi hasarın üstünə çıxaraq qaçmaq istəyib. Ev sahibi onu dayandırmaq istəsə də, Anar Məmmədov çağırışa məhəl qoymayıb. Bu vaxt Vüqar İsgəndərov ov tüfəngindən atəş açaraq onu ayağından yaralayıb. Yaralı Anar Məmmədov Göyçay Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. O, əməliyyat olunub və hazırda xəstənin vəziyyəti normaldır.
* * * 14:11
Noyabrın 22-də Göyçay rayonunda güllələnmə hadisəsi baş verib. Rayon sakini Vüqar İsgəndərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq, Gəncə şəhər sakini Anar Məmmədova ayağından xəsarət yetirib. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vüqar İsgəndərovun yol polisi inspektoru olduğu bildirilir. Göyçay RPŞ-dən V.İsgəndərovun yol polisi inspektoru olduğu təsdiqlənib. Virtualaz.org bildirir ki, RPŞ-dən AzNews.az-a verilən məlumata görə, V.İsgəndərov hadisədən 2 gün əvvəl raport yazaraq işindən azad olunub. Şöbədən hadisənin təfərrüatını bildirməyiblər: “Daha artıq məlumat verə bilmərik. Mümkünsə DİN-in mətbuat xidməti ilə əlaqə saxlayın”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirib ki, V.İsgəndərov saxlanılıb. Ondan müvafiq sənədləri olan 1 ədəd “İJ-43” markalı ov tüfəngi götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər