Bərdənin icra başçısının köməkçisinə şok ittihamlar
23-11-2013, 19:50
Oxunub: 4 946
Tərtər sakini, 1 ci qrup əlil Mustafayev İlham Abbas oğlu redaksiyamıza məktubla müraciət edib. Müraciətdə deyilir:
Mən Tərtər rayon Cəmilli kənd sakini 1 qrup əlil Mustafayev İlham Abbas oğlu bildirmək istəyirəmki Dövlətimizin Prezidenti Hörmətli İlham Əliyevin qayğısı nəticəsində mənim kimi minlərlə əlil aylıq pensiya və yardımlar alaraq dolanırlar. Ancaq bəzi məmurlar tərəfindən əlillərə və kasıb ailələrə verilən yardım mənimsənilir. Əvvələr Tərtər ƏSMM də direktor müavini işləyən Bəylərov Zaur tərəfindən hüquqlarımız pozulub və verilən pensiya və yardımlar onun tərəfindən mənimsənərək, aylıq pensiyada 50 faizin almışıq. Hal – hazırda Mənim Zaur Bəylərovda alınmamış 1700 manat pensiyam qalıb və onun geri qaytarılmasını tələb edirəm. Dəfələrlə bu haqda aidiyyatı qurumlara şikayət etsəkmdə, təəssüf ki, buna baxılmayıb. Çünki Zaur Bəylərovun qardaşı Vidadi Bəylərov Tərtər rayon İcra hakimiyyəti başçısının 1-ci mavini işləyirdi və qardaşın himayə edirdi, lakin Vidadi Bəylərov rayonda rüşvətxorluqla məşqul olduğundan və əhali ilə çox kobud rəhtar etdiyindən, eləcədə onun oğlunun avtoşluq edərək, bir nəfərin ölümünə səbəb olduğuna görədə çox haqlı olaraq işdən azad edilmişdir.
Hal – hazırda fırıldaqçı Zaur Bəylərov Bərdə rayon İcra hakimiyyəti başçısının köməkçisi işləyir və Tərtərdə yığdığı təcürbəni, Bərdədə ustalıqla həyata keçirir. Başçının qəbuluna gələnlər Zaura 100 manat verməsə, qəbula düşə bilməz. Bunun nəticəsi olaraq Zaur az müddətdə özünə dəbdəbəli ev, 3 ədəd xarici maşın, eləcə də maldarlıq ferması tikdirmişdir. Deyilənə görə, Zaur rayonun sahibkarlarından, idarələrdən və kənd icra nümayəndələrindən aylıq “hesab” alır. Hesab verməyənləri isə hədələyərək, şantaj edir. Zaurun qaynatası, qaynanası da Bərdədə icra hakimiyyətində işləyirlər. Lakin onların adı rayonun bir neçə idarələrində gedir və yüksək əmək haqqı alırlar.
Zaur Bəylərov kimi fırıldaqçının nəyə görə Tərtərdən gəlib Bərdədə işləməsi, çox maraqlıdır. Onun Bərədədə işləməsi, elə bərdəlilərə bir hörmətsizlikdir. Birdəki Tərtərdə nə Zaur, nədə Vidadi Bəylərovun heç bir nufuzu yoxdur və olmamışdır. Tərtərlilər bu qardaşlardan yaxaların qurtardığına görə, çox sevinirlər. Mən inanıram ki, Vidadi Bəyələrovun aqibəti Zauruda gözləyir. Dövlətimiz belə məmurların insanları incidilməsinə, heç vaxt yol verməz. Bərdəlilər təbiətcə mülayim və qonaqpərvər insanlardır, buna görə də Zaurun hörmətsizliyinə göz yumurlar. Ancaq Bərdə İmam torpaqıdır haramıq və haqsızlıq götürmür. Birdəki Müstəqil Azərbaycan Dövlətinə Zaur və Vidadi Bəylərov kimiləri heç vaxt xələl gətirə bilməz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər