BolgeXeber.Com » Bölgə » Bərdə rayon icra hakimiyyətində Zaur Bəylərov kabusu

Bərdə rayon icra hakimiyyətində Zaur Bəylərov kabusu

25-11-2013, 03:20
Oxunub: 7 321 Bolgexeber.com bildirir ki, bölgələrdə baş verən məmur özbaşınalıqları bitib tükənmir. Ölkə rəhbəri nə qədər xəbərdarlıq etsədə bəzi idarə rəhbərləri və “krişa”larına güvənən məmurlar, öz çirkin əməllərinə davam edirlər. İnsanların haqlı şəkildə nazirliklərə üz tutması bəzi məmurlarda qıcıq yaradır və bu zaman həmin kasıb təbəqəyə qarşı əzazil olurlar. Ötən gün Tərtər rayon sakini redaksiyamıza qarşılaşdığı məmur özbaşınalığı ilə bağlı müraciət etmişdi. Müraciəti zamanı bildirmişdi ki, Bərdə rayon icra hakimiyyəti başçısının köməkçisi Zaur Bəylərov onun pulunu mənimsəmişdir. Əlbətki Zaur Bəylərovun bu addımı nəinki 1-ci qrup əlilə, hətta bütün rayon sakinlərinə pis təsir bağışlamışdır. Xüsusilə qeyd edək ki, Zaur Bəylərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. Hətta orada işlədiyi dövrlərdə dəfələrlə rayon sakinləri tərəfindən qınaq obyektinə çevrilmişdir.

Belə ki, Zaurun özünübəyənmiş kimi rəftar etməsi və konkret olaraq rayon sakinlərinə yuxarıdan aşağı baxması ağsaqqallar tərəfindən düzgün qarşılanmamışdır. O zamanlar da rayon ağsaqqalları icra başçısına və nazirliklərə müraciət edərək, Zaur Bəylərovun cəzalandırılmasını istəmişdi. Zaur Bəylərovun qanunsuz əməlləri barədə Tərtər rayonunda hər kəs danışır. Hətta onun işlədiyi dövrlərdə işində verdiyi ciddi nöqsanlar idarənin nüfuzunu aşağı salmışdır. Əyani sübut kimi deyə bilərik ki, sosial yardımların verilməsində 6 aylıqların saxnanılması və təyinatı üzrə verilməməsi məhz Zaur Bəylərov tərəfindən həyata keçirilmişdir. Hazırki icra başçısının köməkçisi əvvəllər işlədiyi idarəni bərbad vəziyyətə salaraq, maliyyə nazirliyi tərəfindən yoxlanılmasına gətirib çıxarmışdır. Hətta yoxlamalar zamanı bir çox qanunsuzluqlar aşkarlanmışdır. İcra başçısı Vidadi İsayevə güvənən köməkçi Zaur Bəylərov bu məsələdən də sudan quru çıxmağı başarmışdır. İcra başçısı Vidadi İsayev Zaur Bəylərovun çirkin əməllərini ört-basdır etməyə müvəffəq olmuşdur. Vidadi müəllimin Bərdə rayonuna gəlişi sanki Zaur Bəylərova xoşbəxtlik gətirmişdir. Belə ki, Vidadi İsayev Bərdə rayonuna icra başçısı təyin olur-olmaz Zaur Bəylərovu öz yanına köməkçi vəzifəsinə gətirmişdir. Amma nə fayda necə deyərlər “Köhnə hamam, köhnə tas”.

Yəni Zaur Bəylərov burada da öz korrupsioner və rüşvətxor əməllərinə davam etməkdədir. Artıq Bərdə də rayon ictimaəti tərəfindən qınaq obyektinə çevrilən köməkçi çıxılmaz vəziyyətdədir. Dəfələrlə Vidadi İsayevə Zaur Bəylərovun çirkin əməlləri ilə bağlı rayon sakinləri tərəfindən müraciət olunmuşdur. Araşdırmalarımız zamanı məlum oldu ki, icra başçısınn görüşünə gələn rayon sakinləri Zaur Bəylərovu “görüm-baxım” eləməsə başçı ilə görüşə bilməz. Köməkçi müəyyən bəhanələr gətirərək icra başçısının yerində olmadığını və yerində olarsada əsəbi halda olduğunu qeyd edir. Əlbət ki, bu da Zaur Bəylərovun pul qazanmaq siyasətidir. İcra başçısının Zaur Bəylərovla bağlı heç bir ciddi addım atmadığını görən rayon ağsaqqalları Prezident Aparatına müraciət etməyi planlaşdırırlar. Yaxın günlərdə Zaur Bəylərovun bundan başqa çirkin əməlləri ilə bağlı geniş məlumat verəcəyik. Bizi izləyin...
Bütün hallarda Zaur Bəylərovun mövqeyini dərc etməyə hazırıq...
Bolgexeber.com