BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Eldar Səlimovu evində ziyarət edib

Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Eldar Səlimovu evində ziyarət edib

1-04-2024, 16:43
Oxunub: 1 640
Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Eldar Səlimovu evində ziyarət  edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Evoğlu  kəndində Birinci Qarabağ müharibəsi əlili Səlimov Eldar Dadaş oğlunu evində ziyarət  edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. 
Qeyd edək ki, Eldar Səlimov 1993-cü il may ayının 1-də hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 13-də həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır. 
Eldar Səlimova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən mənzillə təmin olunmuşdur.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.